Elektron ticarət dedikdə, informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin gös-
tərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət başa düşülür. Bu fəaliyyətin həyata keçirilməsi
prosesi müqavilələrlə rəsmiləşdirilir. Onlara elektron ticarət müqavilələri deyilir. Həmin müqavilələr elektron
sənəd formasında bağlanılır. Bu sənəddə müqavilə şərtləri göstərilir.
Elektron ticarət müqavilələri iki tərəf arasında bağlanılır: satıcı (təjhizatçı); alıcı (sifarişçi). Satıcı (təjhizat-
çı) malları satan (xidmətlər göstərən, işlər görən) elektron ticarət iştirakçısıdır. Malları alan (xidmətləri, işləri
sifariş edən) elektron ticarət iştirakçısı isə alıcı (sifarişçi) adlanır.
Elektron ticarət müqavilələri (elektron sənəd formasında bağlanan müqavilələr) ilə bağlı münasibətlər qanu-
nun 7-10-cu maddələri ilə tənzimlənir. Lakin bu maddələr, eləjə də qanunun özü notariat qaydasında təsdiqlən-
məli və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrə şamil edilmir.
Elektron imza şəxsi imza anoloqunun müstəqil üsullarından biri hesab olunur. O, iki əsas xüsusiyyətə ma-
likdir. Birinci xüsusiyyət ondan ibarətdir ki, elektron imzanın surəti yalnız bir şəxs tərəfindən çıxarıla bilər.
Onun əslini isə bir çox şəxslər təsdiq edə bilər. kincisi, elektron imza yalnız konkret sənədlə bağlı olur.
Elektron imza ilə, bir qayda olaraq, informasiya və telekommunikasiya sistemlərində dövr edən sənədlər təs-
diq edilir. Bu imza o halda hüquqi qüvvəyə malik olur ki, avtomatlaşdırılmış informasiya sistemində onun eyni-
ləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini təmin edən proqram-texniki vasitələr olsun.
Tərəflərin razılaşmasında əqdin yazılı formasına uyğun gəlməli olan əlavə tələblər də nəzərdə tutula bilər
(MM-in 331-ci maddəsinin 2-ci bəndi). Bu tələblər, hər şeydən əvvəl, əqdi rəsmiləşdirən sənədin tərtib olundu-
ğ
u kağıza aid ola bilər. Məsələn, tərəflər razılığa gələ bilərlər ki, sənəd müəyyən formalı blankda olsun və ya
bəzi sənədlər «gerbli» kağızda tərtib edilsin.
Göstərilən əlavə tələblər, digər tərəfdən, hüquqi şəxsin möhürünə aid ola bilər. Məsələn, tərəflər razılığa
328
gələ bilərlər ki, sənəd hüquqi şəxsin malik olduğu möhürlə təsdiqlənsin.
Ə
lavə tələblər qanunda da nəzərdə tutula bilər. Məsələn, hüquqi şəxsin verdiyi etibarnamənin, onun banka
göndərdiyi ödəmə tapşırıqları və ona əlavə edilən sənədlərin möhürlə təsdiqlənməsi müvafiq normativ aktda
göstərilir.
Qanunda bəzi sənədlərdə — pul və hesablaşma sənədlərində, maliyyə və kredit öhdəliklərində baş mühasi-
bin imzasının olması nəzərdə tutulur. Əgər həmin sənədlərdə onun imzası olmasa, onlar etibarsız hesab edilir və
icra üçün qəbul olunmur.
Ə
qd bağlayan tərəflər təkcə əqdin yazılı formasına aid əlavə tələblər müəyyənləşdirmək hüququna malik de-
yillər. Onların həm də bu cür tə lə blə rə ə mə l edilmə mə sinin nə ticə lə ri barə də razılığ a gə lmə k hüququ var-
Dostları ilə paylaş: |