dır. Məsələn, tərəflər razılığa gələ bilərlər ki, filan əlavə tələbə riayət etməmək əqdin etibarsızlığına səbəb ol-
sun və s.
Ə
qdi rəsmiləşdirən sənədin nüsxəsi ilə onun surətini bir-birindən fərqləndirmək lazımdır. Bir qayda olaraq,
həmin sənədlər bir neçə nüsxələrdə tərtib edilir. Bütün nüsxələr sənədin əsli hesab edilir və onunla eyni hüquqi
qüvvəyə malik olur. Sənədin surəti isə onun əsli sayılmır.
7. Əqdin sadə yazılı forması
Qeyd etdiyimiz kimi, sadə yazılı forma əqdin yazılı formasının bir növüdür. Digər növünü isə əqdin notarial
forması təşkil edir.
Ə
qdin sadə yazılı forması elə bir sənəddir ki, əqdi rəsmiləşdirən bu sənəddə həmin əqd üçün lazım
olan bütün rekvizitlər — əqdin məzmunu, əqdi bağlayan tərəflərin adı və onların imzaları nəzərdə tutu-
lur. Sadə formalı əqdlər, bir qayda olaraq, rəsmi dövlət orqanının və digər qurumların iştirakı olmadan bağlanı-
lır. Söhbət, hər şeydən əvvəl, notariat kontorlarından gedir. Başqa sözlə desək, sadə formalı əqdlər bu kontorla-
rın və ya digər qurumların iştirakı olmadan bağlanır.
Qanun sadə yazılı formada bağlanmalı olan əqdlərin dairəsini müəyyən edir. Özü də əvvəljədən göstəririk ki,
Dostları ilə paylaş: |