Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan etibarsız əqdlər subyekt tərkibi qüsurlu olan əqd nö-
vünə şamil edilir. Bu etibarsız əqdin özü iki cür olur: hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fə-
aliyyət məqsədlərinə zidd olaraq bağladığı etibarsız əqd; müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi
(lisenziyası) olmayan hüquqi şəxsin bağladığı etibarsız əqd.
Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı
etibarsız əqdlər həmin hüquqi şəxsin nizamnamə məqsədlərinə uyğun gəlməyən əqdlərdir. Bu əqdləri hüquq
ə
dəbiyyatında nizamnamədənkənar əqdlər adlandırırlar.
Hüquq ədəbiyyatında belə bir fikir irəli sürülür ki, kommersiya təşkilatının yox, qeyri-kommersiya təşkilatı-
nın bağladığı əqdlər öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olarsa, etibarsız hesab
edilir. Bu halı onunla izah edirlər ki, kommersiya təşkilatı fiziki şəxs kimi ümumi, (universal), qeyri-kommersi-
ya təşkilatı isə xüsusi hüquq qabiliyyətinə malikdir. Bizim zənnimizjə, həm qanuna görə hüquq qabiliyyəti
məhdudlaşdırılan kommersiya təşkilatı (məsələn, bank, sığorta təşkilatı və s.), həm də qeyri-kommersiya təşki-
latının bağladığı əqdlər, əgər öz nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət məqsədlərinə zidd olarsa, etibarsız
hesab edilir. Ona görə ki, hər iki növ hüquqi şəxs məqsədli (məhdud) hüquq qabiliyyətinə malikdir. Çünki bu
kateqoriya hüquqi şəxslərin hamısı, ümumi qaydaya görə, yalnız elə mülki hüquqlar əldə edə və mülki vəzifələr
daşıya bilər ki, bu hüquqlar ya qanunda, ya da onların nizamnaməsində (təsis sənədində) müəyyənləşdirilən fəa-
liyyət məqsədlərinə uyğun olsun.
Azərbaycan Respublikasının mülki qanunvericiliyi kommersiya hüquqi şəxsinin yox, yalnız qeyri-kommer-
siya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədlərinin müəyyənləşdirilməsini nə-
zərdə tutur. Qanunvericiliyin bu cür mövqeyi hüquq ədəbiyyatında irəli sürülən belə bir fikrə uyğundur ki, qa-
nuna görə məjburi olmayan hallarda kommersiya təşkilatının təsis sənədlərində fəaliyyət məqsədi və predmeti-
nin müəyyənləşdirilməsi onun ümumi (universal) hüquq qabiliyyətini xüsusi hüquq qabiliyyətinə çevirir. Bəzi
müəlliflər isə hesab edirlər ki, kommersiya təşkilatının nizamnaməsində onun fəaliyyətinin predmeti və məq-
sədlərinin müəyyənləşdirilməsi, heç də onun ümumi (universal) hüquq qabiliyyətini xüsusi hüquq qabiliyyətinə
çevirmir. Bu cür mövqe ilə çətin ki razılaşmaq olar. Doğrudan da, əgər kommersiya təşkilatı məşğul olduğu fə-
aliyyət növlərini (profillərini) öz nizamnaməsində konkret olaraq sadalayarsa, o, bununla hüquq qabiliyyətini
məhdudlaşdırır və hüquq qabiliyyətini xüsusi (məqsədli) hüquq qabiliyyətinə çevirir. Bu halda isə həmin kom-
mersiya təşkilatı yalnız öz nizamnaməsində göstərilən və sadalanan fəaliyyət növlərinə uyğun gələn mülki hü-
quq və vəzifələr əldə edə, əqdlər bağlaya bilər. Onun nizamnamədənkənar istənilən əqdi bağlamağa ixtiyarı çat-
mır. Məsələn, əgər kommersiya təşkilatının nizamnaməsində onun yalnız informasiya xidməti göstərməsi üzrə
fəaliyyət həyata keçirməsi nəzərdə tutulsa və bu təşkilat ticarət-vasitəçilik əqdi bağlasa, həmin əqd etibarsız he-
sab ediləjəkdir.
Kommersiya təşkilatının nizamnaməsində onun fəaliyyətinin məqsəd və predmetləri göstərilmədikdə isə hə-
min təşkilat ümumi (universal) hüquq qabiliyyətli olur. Məhz bu səbəbdən o, qanunla qadağan edilməyən istə-
nilən əqdi bağlaya bilər. Bəzi hallarda kommersiya təşkilatının nizamnaməsində konkret fəaliyyət növləri sada-
lanır və həmin siyahı «qanunla qadağan edilməyən istənilən fəaliyyət növü» ilə tamamlanır. Bu, o deməkdir ki,
göstərilən hüquqi şəxs ümumi (universal) hüquq qabiliyyətlidir. Odur ki, həmin şəxs qanunla qadağan edilmə-
338
yən istənilən əqdi bağlaya bilər.
Dostları ilə paylaş: |