Bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi dedikdə, təmsil olunan şəxsə zərər
vurmaq niyyəti ilə kontragentin və ya nümayəndənin və yaxud da onların hər ikisinin (kontragentin və nüma-
yəndənin) mənafeyi üçün saziş bağlanması başa düşülür. Bildiyimiz kimi, əqdlər subyektlərin şəxsən özləri tə-
rəfindən yox, həm də nümayəndələr tərəfindən bağlanır. Məsələn, vətəndaş öz qonşusuna tapşırır ki, qonşu
onun üçün bağ evi alsın. Qonşu nümayəndə rolunda çıxış edərək, vətəndaş adından, onun mənafeyi üçün və
onun hesabına kontragentlə bağ evinin alqı-satqı müqaviləsi bağlayır. Bu cür münasibətlərdə üç kateqoriya sub-
yekt çıxış edir: təmsil olunan şəxs; nümayəndə; kontragent.
Dostları ilə paylaş: |