zidd hərəkətlərlə edilir.
Hüquq ədəbiyyatı səhifələrində göstərilir ki, əgər hədə hüquqauyğun hərəkətlər etmək imkanından ibarət
olarsa, onda əqdi etibarsız hesab etmək olmaz. Bu, onu ifadə edir ki, hüquqauyğun hərəkətlərdən hədə kimi isti-
fadə edilsə, əqd etibarsız sayıla bilməz. Bizim fikrimizjə, hüquqauyğun hərəkətlərdən də, hüquqazidd hərə-
kətlərdən də hədə kimi istifadə ediləndə, daxili iradə olmur və buna görə də əqd etibarsız hesab edilir.
Almaniya sivilistika doktrinası da anoloci mövqedə durur. L.Ennekserus yazır ki, hədə yol verilən təsir vasitələ-
ri ilə həyata keçirilsə də, hüquqa (qanuna) ziddir (məsələn, şəxsin cinayət qaydasında ərizə verməsi ilə digər
şə
xsi hədələməsi və s.). Müəlliflərin əksəriyyəti də məhz bu mövqedə dururlar. Yalnız bir halda hüquqauyğun
hərəkətdən hədə kimi istifadə ediləndə əqd etibarsız hesab edilmir. Bu, ümumi mülkiyyətin bölünməsi haqqında
iddia vermək hədəsi altında ümumi mülkiyyət iştirakçısının həmin mülkiyyətdən onun payının ayrılması tələ-
bindən ibarətdir.
Bununla belə, istənilən hər hansı hədə təsiri əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bunun üçün
bir neçə şərtin olması gərəkdir. Birincisi, hədə real olmalıdır. Hədənin reallığı dedikdə, əqd iştirakçısına və ya
onun yaxınlarına zərər vurulmasının real imkanı başa düşülür. Başqa sözlə desək, hədənin reallığı onun praktiki
cəhətdən həyata keçirilməsi imkanını ifadə edir.
kincisi, hədə əqd iştirakçısında müəyyən təhlükə haqqında təsəvvür yaratmaq imkanına malik olmalı-
dır. Məsələn, uşağın oğurlanması, şəxsi əmlakın yandırılması və s. əqd iştirakçısında baş verəjək təhlükəli hadi-
sə barəsində kifayət qədər aydın təsəvvür əmələ gətirir. Hədənin real, təhlükəli olması kimi məsələlər işin konk-
ret hallarını nəzərə almaqla məhkəmə tərəfindən həll edilir.
Üçüncüsü, hədə şəxsi əqd bağlamağa təhrik etmək məqsədilə bilavasitə həyata keçirilməlidir. Bu cür
təhrik etmə məqsədilə əlaqədar olmayan hədə əqdin etibarsızlığına səbəb ola bilməz. Məsələn, vətəndaşı başqa
bir şəxs ölümlə hədələyir. Bu hədənin təsiri nəticəsində vətəndaş silah mağazasında özünə mülki silah alır. Belə
halda bağlanmış alqı-satqı əqdi etibarsız sayılmayajaqdır.
Hədə təsiri əqd iştirakçısına həm sözlə, həm də real hərəkətlər vasitəsilə göstərilə bilər. Onun həm şifahi,
həm də yazılı formada olması mümkündür. Hədə anonim formada da ola bilər.
Hədə təsiri həm kontragentin özü, həm də onun tapşırığı və icazəsi ilə üçüncü şəxs tərəfindən göstərilə bilər.
Belə halda üçüncü şəxs kontragentin mənafeyi üçün hərəkət edir.
Hədə təsiri altında bağlanan əqdlər məhkəmə tərəfindən etibarsız sayılır. Məhkəməyə iddianı zərərçəkən
verir. Bu əqd ona görə etibarsız hesab edilir ki, burada əqd iştirakçısının daxili iradəsi olmur, iradə ifadəsi isə
ona göstərilən psixi təsirlə (təzyiqlə) bağlı olur.
Belə əqd ona görə məhkəmə tərəfindən etibarsız sayılır ki, onun zərərçəkən şəxs üçün doğurduğu nəticəni
qarşı tərəf (hədə təsiri göstərən şəxs), adətən, könüllü surətdə aradan qaldırmır. Digər tərəfdən tərəflərin əqdin
etibarsız hesab edilməsi barədə razılığa gəlmələri çətin məsələdir. Odur ki, əqdin etibarsız hesab edilməsi barə-
də mübahisənin həlli məhkəmə prosedurasını tələb edir.
Dostları ilə paylaş: |