Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1104/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1100   1101   1102   1103   1104   1105   1106   1107   ...   1820
Mülki  hüquqda  müddət  dedikdə,  elə  bir  vaxt  anı  və  ya  vaxt  dövrü  (kəsiyi)  başa  düşülür  ki,  mülki 

qanunvericilik müəyyən hüquqi nəticənin əmələ gəlməsini həmin vaxt anının çatması ilə və ya vaxt döv-

rünün  (kəsiyinin)  bitməsi  ilə  əlaqələndirir.  Başqa  sözlə  desək,  mülki-hüquqi  mənada  müddət  mülki  hüquq 

münasibətlərinin  (mülki  hüquq  və  vəzifələrin)  əmələ  gəlməsinin,  dəyişməsinin  və  ya  xitamının  bağlı  olduğu 

müəyyən vaxt anı və ya vaxt dövrüdür (kəsiyidir). Madam ki, vaxt anının çatması və ya vaxt dövrünün bitməsi 

mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına, yəni hüquqi nəticəyə səbəb olur, 

deməli, müddət öz hüquqi təbiətinə görə hüquqi faktdır. Məsələn, fiziki şəxs on səkkiz yaş həddinə çatır və 

bununla o, istənilən əqd bağlamaq hüququ əldə edir (vaxt anının çatması). Müəllifin ölümündən sonra qanunla 

müəyyənləşdirilmiş əlli illik vaxt dövrünün keçməsi ilə onun vərəsələrinin əsərdən istifadə üzrə müstəsna əm-

lak hüquqlarına (hüquq münasibətlərinə) xitam verilir (vaxt dövrünün bitməsi). 

Almaniya hüquq ədəbiyyatında da müddətə anlayış verilməsinə rast gəlirik: vaxtın keçməsi odur ki, onunla 

müxtəlif qanuni nəticələrin əmələ gəlməsi əlaqələndirilir. Yaponiya mülki hüququna görə müddət bir vaxt anın-

dan digər vaxt anına kimi uzanan müəyyən vaxt dövrüdür. 

Mülki hüquqda müddət anlayışı iki mənada işlədilir: müəyyən vaxt anı mənasında; müəyyən vaxt dövrü (kə-

siyi) mənasında. Bu anlayış həm birinci, həm də ikinci mənada istifadə olunaraq müəyyən hüquqi nəticənin ya-

ranması ilə bağlı olur. 

Mülki hüquqda müddətin hüquqi faktlar sistemində tutduğu  yer bir neçə müddətdir ki, müəlliflər arasında 

mübahisə predmetinə çevrilmişdir. Bu barədə əsasən bir-birinə zidd olan iki fikir söylənilir. 

Bir qrup müəlliflər göstərirlər ki, müddətin müəyyən və təyin edilməsi iradəvi mənşəyə malikdir. Ona görə 

ki, mülki hüquqda müddət qanunla, əqdlə və ya məhkəmə qərarı ilə müəyyən edilir. Müddətlərin çoxusu dayan-

dırıla və ya bərpa edilə bilər ki, bu cəhət onların iradəvi təbiətli olmasını göstərir. Ona görə də müddətlərin ək-

səriyyəti ikili xarakterə malikdir. Belə ki, onlar mənşəyinə görə iradəvi olsalar da, vaxt axımının obyektiv pro-

sesi ilə bağlıdır. Həmin müəlliflərin fikrinjə, məhz bu səbəbdən müddət xüsusi kateqoriya hüquqi fakt olub, hü-

quqi faktların nə hadisə, nə də hərəkət növünə aid edilir. Daha sonra qeyd edilir ki, müddəti obyektiv kateqoriya 

olan vaxtdan fərqləndirmək lazımdır, çünki müddət qanunvericinin və ya hüquq münasibəti iştirakçılarının ira-

dəsi ilə müəyyən edilir. Ona görə də o, hüquqi faktlar sistemində hadisə ilə hərəkət arasında aralıq (xüsusi) və-

ziyyəti tutur. 

Anoloci mövqeni digər müəlliflər də tuturlar. Onların fikrinjə, müddətin başlanğıj və sonunu insanlar özləri 

müəyyən edirlər, yəni o, iradəvi xarakter daşıyır. Müddətin axımı isə vaxt axımının obyektiv qanununa tabedir. 

Bu qanun isə insanın iradəsindən asılı deyildir. Hüquqi müddətlərin bu cür ikili təbiətə malik olması belə bir 

nəticə çıxarmağa imkan verir ki, onlar hüquqi faktların müstəqil kateqoriyasıdır. 



 

357


Digər qrup müəlliflər göstərirlər ki, müddət insanların iradəsi ilə müəyyən edilsə də, onun çatması və ya bit-

məsi  obyektiv  xarakter  daşıyır.  Müddətin  çatması  və  ya  bitməsi  mütləq  və  labüd  xarakter  daşıyaraq, 

qanunvericinin  və  hüquq  münasibəti  iştirakçılarının  iradəsi  və  düşünjəsindən  asılı  deyildir.  Müddət  obyektiv 

kateqoriyadır. Onun axımının qarşısını subyektlər ala bilməzlər. Müddətin yaxınlaşmasını nə dəyişdirmək, nə 

də ləğv etmək olar. Buna görə də müddəti hüquqi faktın hadisə və hərəkət kimi növləri ilə bərabər mövcud olan 

müstəqil növü hesab etmək olmaz. Hüquqi faktlar sistemində müddət hadisə kateqoriyasına aid edilir. 

Bizim fikrimizjə, axırıncı qrup alimlərin mövqeyi həqiqətə daha yaxındır. Doğrudan da, mübahisəsiz olaraq, 

müddət hüquqi faktların hadisə kimi növünə daxildir. Daha konkret və dürüst söyləsək, o, hadisənin nisbi ha-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1100   1101   1102   1103   1104   1105   1106   1107   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin