tərəfə vurulan zərərin yalnız real zərər hissəsinin əvəzi ödənilir. Onun əldən çıxmış fayda hissəsinin əvəzi
isə ödənilmir. Məsələn, vətəndaş öz qonşusu olan qeyri-fəaliyyət qabiliyyətli şəxsdən minik avtomobili alır və
pulunu ödəyir. Özü də həmin vətəndaş bilir ki, avtomobili satan şəxsin fəaliyyət qabiliyyəti yoxdur. Vətəndaş
avtomobili idarə edərkən dəfələrlə onu vurub zədələyir. Bununla onun təmir edilməsinə, bəzi hissələrinin dəyiş-
dirilməsinə ehtiyac yaranır. Üç aydan sonra məlum olur ki, həmin müqavilə etibarsızdır. Belə halda ikitərəfli
restitusiya haqqında qayda tətbiq edilir, yəni müqavilənin tərəflərindən hər biri aldıqlarını digər tərəfə qaytarır.
Bundan əlavə, real zərərin əvəzini ödəmə formasında vətəndaşa mülki-hüquqi sanksiya (məsuliyyət tədbiri) tət-
biq edilir. Belə ki, o, minik avtomobilinin təmirinə və detallarının dəyişdirilməsinə çəkilən xərjlərin (real zərə-
rin) əvəzini ödəyir.
Ə
lavə əmlak nəticəsi bir sıra əlamətlərlə xarakterizə edilir. Bu əlamətlər onun əsas cəhətlərini müəyyənləş-
dirməyə imkan verir.
Dostları ilə paylaş: |