Aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Bəzən bu müddətin qur-
tarması müvafiq günü olmayan aya düşür. Belə halda müddət həmin ayın sonuncu günü qurtarır. Məsələn, və-
təndaş bir aylıq müddətə öz qonşusuna borc verir. Bu müddətin axımı yanvarın 31-dən başlayır. Həmin müddət
fevral ayının 28-də (əgər il uzun ildirsə, 29-da) başa çatajaqdır. Əgər müddət yarım illə, rüblə hesablanarsa, on-
da aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir.
Bəzi hallarda müddətin sonuncu günü istirahət və ya bayram, yəni qeyri-iş gününə düşür. Belə halda həmin
gündən sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Yerinə yetirilməsi qeyri-iş gününə düşən hərəkət növ-
bəti iş günündə icra edilməlidir (MM-in 370-ci maddəsi). Məsələn, borc alan aldığı krediti 28 mayda (bayram
günündə) qaytarmalıdır. 28 maydan sonra gələn 29 may iş günündə o, bu hərəkəti yerinə yetirə bilər. Qeyri-iş
günü olan ümumi istirahət gününə beş günlük iş həftəsi üzrə şənbə və bazar günləri, altı günlük iş həftəsi üzrə
isə yalnız bazar günü daxildir. Qeyri-iş günü sayılan bayram günləri (1 yanvar, 8 mart, Novruz bayramı, 28
may və s.) əmək qanunvericiliyi ilə müəyyən edilir. Matəm günü olan 20 yanvar da qeyri-iş gününə aiddir. Həf-
tə ilə hesablanan müddət yeddi gündən ibarətdir. Həftənin axırıncı günü müddətin qurtardığı gün hesab olunur.
Məsələn, qonşu vətəndaşdan may ayının 1-də (müqavilə bağlanan vaxt) bir həftəlik borc alır. O, may ayının 8-
də borcu qaytarmalıdır.
Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır.
Mülki qanunvericilik müddətin sonuncu günündə hərəkətlərin yerinə yetirilməsi haqqında xüsusi qay-
da müəyyən edir (MM-in 371-ci maddəsi). Bu qaydaya görə, hər hansı hərəkətin yerinə yetirilməsi üçün müd-
dət təyin edilmişdirsə, şəxs həmin hərəkəti müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirə bilər.
Həmin qayda o şəxslərə aiddir ki, onların iş recimi vaxtı məhdud deyildir. ş recimi vaxtı məhdud olan təşkilat,
idarə və müəssisələrdə isə hüquqi əhəmiyyətə malik olan hərəkətlərin yerinə yetirilməsi müddət baxımından
müəyyən xüsusiyyətlərlə şərtlənir. Bu idarə, təşkilat və müəssisələrdə elə qayda müəyyənləşdirilir ki, həmin
359
qaydaya görə müvafiq hərəkətin edilməsi üçün nəzərdə tutulan müddət burada əməliyyatların dayandırıldığı sa-
atda qurtarır. Məsələn, iş vaxtının saat 18.00-da qurtarmasına baxmayaraq, banklarda bəzi bank əməliyyatları
saat 14.00-a kimi həyata keçirilir. Belə halda həmin əməliyyatlara aid olan hərəkətlər də yalnız saat 14.00-a ki-
mi edilə bilər. Bəzi təşkilatlarda isə əməliyyatlar iş gününün axırına kimi, anbarın bağlanmasına kimi davam
edir.
Bəzi hallarda elə vəziyyət yaranır ki, fiziki şəxsin müvafiq təşkilata gəlməsi mümkün olmur və ya fiziki şəxs
özü bunu məqsədəuyğun hesab etmir. Belə vəziyyətdə o, müddətin axırıncı günündə saat iyirmi dördə qədər ra-
bitə təşkilatına (poçta, teleqrafa və s.) yazılı ərizə, arayış və digər sənədlər, habelə bildirişlər təhvil verə bilər.
Bu hal müvafiq sənədlərin vaxtında verilməsinə dəlalət edir, yəni onlar vaxtında verilmiş sayılır. Həmin sənəd-
lərdə rabitə təşkilatının müvafiq qeydi olur. Bu sənədlər faktiki olaraq təşkilata müəyyən edilmiş müddət keç-
dikdən sonra daxil olur. Amma buna baxmayaraq, onlar vaxtında verilmiş sənədlərə bərabər tutulur.
Dostları ilə paylaş: |