Məhkəmə müddətləri dedikdə, məhkəmələr tərəfindən müəyyənləşdirilən müddətlər başa düşülür. Bu müd-
dətlər məhkəmələrin konkret mülki-hüquqi mübahisələrə baxması zamanı təyin edilir. Özü də həmin müddətlər
mübahisə edən tərəflərin hər ikisi üçün məjburi olub, onların istək və mülahizəsi ilə dəyişdirilə bilməz. Məhkə-
mə müddətinə borc mübahisəsi üzrə borc alanın borcu qaytarmaq vəzifəsinin müəyyən müddətə təxirə salınma-
sını misal göstərmək olar.
Göstərilənlərdən savayı, müddət işgüzar dövriyyə adətləri ilə də müəyyənləşdirilə bilər. Məsələn, öhdəli-
yin icrası müddəti işgüzar dövriyyə adətlərindən irəli gələ bilər (MM-in 427-ci maddəsinin 4-cü bəndi).
Müddətin öhdəliyin mahiyyəti əsasında da təyin edilməsi mümkündür. Məsələn, öhdəliyin vaxtından əv-
vəl icrasına öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir (MM-in 428-ci maddəsinin 2-ci bəndi).
Müddət inzibati qaydada da müəyyən edilə bilər.
Dostları ilə paylaş: |