Təyin olunma xarakterinə görə müddətlərin aşağıdakı növləri vardır:
●
imperativ və dispozitiv müddətlər;
●
mütləq müəyyən, nisbi müəyyən və qeyri-müəyyən müddətlər;
●
ümumi və xüsusi müddətlər.
Tərəflərin razılığı və sazişi ilə dəyişdirilə bilməyən müddətlərə imperativ müddətlər deyilir. Bu cür müd-
dətlər, adətən, qanunvericiliklə dəqiq olaraq müəyyənləşdirilir. Məsələn, mirasın qəbul edilmə müddəti impera-
tiv müddət olub, tərəflərin razılaşması ilə dəyişidirilə bilməz (MM-in 1246-cı maddəsi). Əgər şəxs ona məxsus
olmayan daşınar əmlaka beş il müddətində öz əmlakı kimi vijdanla sahiblik edərsə, onda o, bu əmlaka mülkiy-
yət hüququ əldə edir (MM-in 181-ci maddəsinin 4-cü bəndi). Burada beş illik müddət imperativ müddətdir.
Dostları ilə paylaş: |