Hüquq dəyişdirici müddət odur ki, onun çatması və ya bitməsi mülki hüquq və vəzifələrin dəyişməsinə sə-
bəb olur. Məsələn, podrat müqaviləsi üzrə işin təsadüfən məhv olması və ya zədələnməsi risqi sifarişçiyə təhvil
verildiyi müddətə kimi podratçının üzərinə düşür. Sifarişçi işin qəbul edilməsini gecikdirirsə, belə halda risq si-
farişçinin üzərinə düşür (MM-in 772-ci maddəsi).
Hüquq xitamedici müddət odur ki, o, hüquq münasibətlərinə və ya ayrı-ayrı hüquq və vəzifələrə xitam veril-
məsinə səbəb olur. Məsələn, şəxsin on səkkiz yaşa çatması ilə onun üzərində təyin edilmiş himayəçiliyə xitam ve-
rilir. Əgər etibarnamənin müddəti bitərsə, ona xitam verilir (MM-in 365-ci maddəsi).
Dostları ilə paylaş: |