Mülki hüquqların mövcud olma müddətləri odur ki, bu müddət ərzində şəxsin subyektiv mülki hüquqları
vaxta (zamana) görə qüvvədə olur. Bu müddətlərin əsas təyinatı və əhəmiyyəti ondan ibarətdir ki, onlar öz sub-
yektiv hüquqlarını həyata keçirmək üçün səlahiyyətli şəxsə vaxt imkanı verir. Belə ki, bir sıra subyektiv mülki
hüquqlar vaxt (zaman) kateqoriyası baxımından məhduddur, yəni bu hüquqlar bəzi hüquqlar kimi (məsələn,
mülkiyyət hüququ kimi, əsərin müəllifi qismində tanınmaq hüququ kimi və s.) müddətsiz xarakter daşımır. Bu-
na görə də həmin hüquqların qüvvədə olma müddəti ötüb keçdikdə, bu hüquqlar xitam edilir, səlahiyyətli şəxs
isə onları həyata keçirmək imkanını itirir. Bu səbəbdən göstərilən növ müddətlər mülki hüquqların ləğv olun-
Dostları ilə paylaş: |