Qeyri-müəyyən müddətlər odur ki, bu müddətlər, ümumiyyətlə, müəyyənləşdirilmir. Bu növ müddətlər on-
ların hesablanması və müəyyənləşdirilməsi üçün hər hansı təxmini meyardan və səmt göstərmək əlamətindən
məhrumdur. Məsələn, borc müqaviləsində pulun hansı müddətə verilməsi göstərilmir. carə müqaviləsində tor-
paq sahəsinin icarəyə verilmə müddəti nəzərdə tutulmur. Yaşayış evinin kirayə müqaviləsində evin hansı müd-
dətə kirayəyə verilməsi müəyyənləşdirilmir. Bu cür müqavilələrə müddətsiz müqavilələr deyilir.
Mülki hüququn istənilən subyektinə və bütün eyni növlü hallara aid edilən və buna görə də ümumi əhəmiy-
yətə malik olan müddətlərə ümumi müddətlər deyilir. Bu müddətlər son, əsas müddətlərdir. Məsələn, ümumi
iddia müddəti on il təşkil edir (MM-in 373-cü maddəsinin 1-ci bəndi).
Ümumi müddətləri konkretləşdirən, qanunvericilikdə və ya müqavilədə birbaşa nəzərdə tutulan hallarda hü-
quqi əhəmiyyət kəsb edən müddətlərə xüsusi müddətlər deyilir. Onlar aralıq müddətlərdir. Məsələn, satıcının
(mal göndərənin) mal göndərmə müqaviləsi üzrə malları bərabər partiyalarla aybaay göndərməsi xüsusi müddə-
tə misal ola bilər (MM-in 629-cu maddəsinin 1-ci bəndi). Bu müddət mal göndərmə müqaviləsinin qüvvədə ol-
ma müddətini konkretləşdirir. Belə ki, müqavilədə bütün malların dekabr ayının 1-nə kimi göndərilməsi nəzər-
də tutulsa, onda malın bir partiyası (hissəsi) sentyabrın 1-də, ikinci partiyası oktyabrın 1-də, üçüncü partiyası
361
noyabrın 1-də, dördüncü partiyası isə dekabrın 1-də göndəriləjəkdir. Xüsusi müddətlər müqavilədə konkretləş-
dirilir. Onlar aylıq, dekada (on günlük) və digər rübdaxili müddətlər növündə ola bilər. Xüsusi müddətlər uza-
nan (davam edən) hüquq münasibətləri (mal göndərmə, podrat və s.) üçün xarakterikdir. Bu münasibətlərdə
ümumi müddətlərlə bərabər, xüsusi müddətlər də müəyyən edilir.
Göstərilən meyar və əlamətlərdən savayı, mülki hüquq doktrinasında (sivilistika elmində) müddətlər özləri-
Dostları ilə paylaş: |