növüdür. Bu müddətlər tərəflər arasında yaranan mübahisə və ixtilafların pretenziya qaydasında həll edilməsi
üçün nəzərdə tutulan müddətlərdir. Başqa sözlə desək, pretenziya müddətləri subyektiv mülki hüquqların pozul-
Yaranmış mübahisə və ixtilafların pretenziya qaydasında həll edilməsi bir sıra hallarla şərtlənir: məhkəmə iş-
lərini azaltmaq; prosessual xərjlərə yol verməmək; pozulmuş mülki hüquqların bərpasını tezləşdirmək. Bəzən
mübahisələr tərəflər arasındakı anlaşılmazlıqdan, qanunu bilməməkdən əmələ gəlir. Borclunun öz vəzifəsini
icra etməməsi üzrlü səbəblərlə bağlı ola bilər. Belə hallarda mübahisənin məhkəmə müdaxiləsi olmadan preten-
ziya qaydasında həll edilməsi lazım gəlir və zəruri olur. Bu qaydadan isə yalnız müəyyən müddətlərdə istifadə
Pretenziya (reklamasiya) müddətləri odur ki, bu müddət ərzində səlahiyyətli və borclu şəxs öz aralarında ya-
ranmış mübahisəni könüllü qaydada məhkəmə müdaxiləsi olmadan nizama salır və həll edirlər. Bu məqsədlə
səlahiyyətli şəxs pretenziya müddəti ərzində borclu şəxsə üzərinə götürdüyü öhdəliyi icra etmək haqqında yazılı
formada tələb (pretenziya) verməli, borclu isə müəyyən edilmiş müddətdə ona cavab verməlidir. Borclu preten-
363
ziyanı təmin etməkdən imtina etdikdə və ya ondan nəzərdə tutulmuş müddətdə cavab alınmadıqda, səlahiyyətli
şə
xs iddia ilə məhkəməyə müraciət edir. Deməli, pretenziya müddətinə əməl edilməsi məhkəməyə iddia veril-
məsinin məjburi şərti kimi çıxış edir.
Bizim ölkənin yeni mülki qanunvericiliyi əvvəlki qanunvericilikdən fərqli olaraq mülki mübahisəni (təsərrü-
fat mübahisəsini) məhkəməyə verməzdən qabaq məjburi pretenziya təqdim etmək qaydasından imtina et-
mişdir. Bu hal inkişaf etmiş və sivil xarici ölkələrin qanunvericilik ənənələrinə və beynəlxalq təjrübəyə uyğun-
dur. Belə ki, məjburi pretenziya qaydası nə qabaqcıl və mütərəqqi ölkə qanunvericiliyinə, nə də beynəlxalq
kommersiya dövriyyəsinə məlumdur. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının yeni mülki qanunverici-
liyi pretenziya qaydasını, istisna hal kimi, yalnız daşıma öhdəlikləri sahəsində saxlamışdır. Məsələn, sərnişin
müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək daşıyıcıya pretenziya verməli-
dir (MM-in 848-ci maddəsi). Yük daşıma müqaviləsi üzrə də yük göndərən istənilən vaxt öz pretenziyalarını
irəli sürə bilər (MM-in 861-ci maddəsi).
Nəqliyyat qanunvericiliyində məjburi pretenziya qaydası birbaşa əks olunmuşdur. Bu qaydaya görə daşıyıcı-
ya qarşı daşımadan törəyən iddianın məhkəməyə verilməsindən əvvəl qanunvericilikdə, ayrı-ayrı nəqliyyat növ-
ləri üzrə məcəllələrdə, nizamnamələrdə, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və müddətdə
həmin daşıyıcıya tələb təqdim olunmalıdır. Bir sıra beynəlxalq nəqliyyat sazişlərində də məjburi pretenziya pro-
sedurası nəzərdə tutulmuşdur. Məsələn, MDB üzvü olan ölkələrdə beynəlxalq dəmiryolu daşımalarını tənzimlə-
yən saziş (SMQS) məjburi pretenziya qaydası müəyyən edir. Bu qaydaya görə yük sahibinin daşıyıcıya verdiyi
pretenziyaya verildiyi gündən 180 gün müddətinə baxılmalı və cavab verilməlidir. Azərbaycan Respublikası bu
sazişdə iştirak edir.
Hava daşımaları barədə Varşava konvensiyası da məjburi pretenziya prosedurası müəyyən edir. Bu qaydaya
görə, əgər yük sahibi 7 gün müddətində daşıyıcıya pretenziya verməsə o, iddia ilə məhkəməyə müraciət etmək
hüququndan məhrum olur. Azərbaycan Respublikası bu konvensiyanın da üzvüdür. Azərbaycan Respublikası
beynəlxalq avtomobil yük daşıma müqaviləsi barədə Jenevrə konvensiyasında da iştirak edir. Bu konvensiya isə
qeyri-məjburi pretenziya prosedurası müəyyən edir. Belə ki, daşıyıcıya pretenziya vermək yük sahibi üçün məj-
buri deyildir. Əgər daşıyıcıya pretenziya verilməzsə, bu, zərərçəkmiş yük sahibini məhkəməyə iddia ilə müraci-
ə
t etmək hüququndan məhrum etmir.
Bizim ölkənin yeni MM-in məjburi pretenziya qaydasından bəzi istisnalara yol verməklə, imtina etməsi mü-
tərəqqi haldır. Pretenziya qaydasına əməl edilməməsi üzündən iddia vermək hüququnun itirilmək təhlükəsi, ma-
hiyyətjə, pretenziya müddətlərini preklyuziv müddətlərə çevirir. Bu isə mülki hüquqların müstəqil, sərbəst hə-
yata keçirilməsi prinsipinə ziddir.
Dostları ilə paylaş: