Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1187/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1183   1184   1185   1186   1187   1188   1189   1190   ...   1820
rtləndirir:  ümumi  hissədən;  xüsusi  hissədən.  Yeri  gəlmişkən,  qeyd  edək  ki,  öhdəlik  hüququnun  bu  cür 

struktura malik olmasını bəzi xarici ölkələrin, məsələn, Almaniyanın və Yaponiyanın qanunvericiliyi də nəzər-

də tutur. Almaniya MQ-nin 241-432-ji paraqraflarında ifadə olunan normalar öhdəlik hüququnun ümumi hissə-

sini, 433-853-cü paraqraflarında ifadə edilən normalar isə xüsusi hissəni təşkil edir. Yaponiya MM-in 399-520-

ji  maddələrində  ifadə  olunan  normalar  öhdəlik  hüququnun  ümumi  hissəsinə,  521-724-cü  maddələrində  ifadə 

edilən normalar isə xüsusi hissəsinə daxildir. 



Ümumi hissə dedikdə, ümumi əlamət və xüsusiyyətlərə malik olan öhdəlik münasibətlərini tənzimləyən hü-

quq normalarının sistemi və birləşməsi başa düşülür. Ümumi hissəyə daxil olan normalar MM-in altıncı bölmə-

sinin 19-27-ji fəsillərində (385-559-cu maddələrdə) yerləşmişdir. 

Xüsusi hissə odur ki, o özündə xüsusi xarakterli konkret növ öhdəlik münasibətlərini rəsmiləşdirən hüquq 

normalarını birləşdirir. Xüsusi hissə normaları MM-in yeddinci bölməsinə daxil olan 29-61-ji fəsillərdə (567-

1132-ji  maddələrdə)  yerləşdirilmişdir.  Xüsusi  hissədə  öhdəlik  hüquq  münasibətlərinin  ayrı-ayrı  növlərinə  aid 

(məsələn, alqı-satqı, icarə və s.) olan xüsusi göstərişlər ifadə olunmuşdur. 

Ümumi hissədə elə normalar birləşdirilmişdir ki, bu normalar öhdəlik hüquq münasibətlərinin hamısına tət-

biq edilə bilmək xüsusiyyətinə malikdir. Burada ümumi müddəalar formulə edilir. Ümumi hissəyə daxildir: öh-

dəlik haqqında ümumi müddəalar; müqavilə hüququ; öhdəliklərin icrasına aid normalar; öhdəliklərin icrasının 

təmin edilməsi haqqında normalar; öhdəlikdə şəxslərin dəyişməsi haqqında normalar; öhdəliklərə xitam veril-

məsi barədə normalar. 

Öhdəlik hüququnun xüsusi hissəsinin özü iki instituta ayrılır: müqavilə institutuna; müqavilədənkənar 



instituta. Bu cür bölgü Roma hüququ və pandekt sisteminə malik olan ölkələrin mülki hüquq ənənələrinə uy-

ğ

undur. Hollandiya MM-inin altıncı kitabı öhdəlik hüququnun ümumi hissəsinə, yeddinci kitabı isə öhdəlik hü-



ququnun xüsusi hissəsinə həsr edilmişdir. Almaniya Mülki Qanunnaməsinin «Öhdəlik hüququ» adlı ikinci kita-

bı (§241-853) yeddi bölmədən ibarətdir. 1-6-jı bölmələr öhdəlik hüququnun ümumi hissəsini, «Öhdəliklərin ay-

rı-ayrı növləri» adlı yeddinci bölmə isə öhdəlik hüququnun xüsusi hissəsini əhatə edir. Xüsusi hissədə alqı-sat-

qı, dəyişmə, kirayə, icarə, ssuda, borc, podrat, tapşırıq, saxlanc, əsassız varlanma, deliktlər və s. normalar yerlə-

ş

ir. E. ə. II əsrdə Roma hüquqşünası Qay öz institusiyalarında öhdəlikləri müqavilədən yaranan və hüquq po-



zuntularından əmələ gələn (yəni müqavilədənkənar) öhdəliklərə bölürdü. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1183   1184   1185   1186   1187   1188   1189   1190   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin