Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1184/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1180   1181   1182   1183   1184   1185   1186   1187   ...   1820
qtisadi dövriyyə (iqtisadi dövriyyə münasibətləri) dedikdə, iqtisadi sistemin subyektləri arasında mal və 

xidmətlərin fasiləsiz olaraq mübadilə edilməsi prosesi başa düşülür.  qtisadiyyatda bütün resursların son isteh-

lakçıya  çatdırılması  iqtisadi  dövriyyə  ilə  həyata  keçirilir.  qtisadi  dövriyyə  əmtəə-mal  mübadiləsi  deməkdir. 

Ə

mtəə-mal mübadiləsi elə bir münasibətdir ki, bu münasibətə görə, maddi nemətlər və iqtisadi əmtəə formalı 



digər nemətlər bir şəxsdən digərinə keçir. Barəsində danışdığımız, öhdəlik hüququ məhz maddi nemətlərin 

mübadilə və yerdəyişmə prosesini qaydaya salır. Bu, onu göstərir ki, öhdəlik hüququ ilə statik münasibətlər 

yox (bu, mülkiyyət hüququ ilə tənzimlənir), dinamik xarakterli münasibətlər rəsmiləşdirilir. Mülki münasi-

bətlərin statikası əşya hüququnun, müstəsna (əqli mülkiyyət obyektlərinə olan) hüququn və şəxsi qeyri-maddi 

nemətlərə  olan  hüququn  müəyyən  bir  şəxsə  məxsus  olması  ilə  bağlıdır.  Mülki  münasibətlərin  dinamikası  isə 

maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, əmtəə-mal mübadiləsi ilə əlaqədardır. Əgər mülki mü-

nasibətlərin statikası mülki hüququn əşya hüququ, əqli mülkiyyət hüququ (ona müstəsna hüquq da deyilir) və 

şə

xsi qeyri-maddi nemətlərin qorunması hüququ (ona şəxsi qeyri-əmlak hüququ da deyilir) kimi yarımsahələri-



nin hüquqi nizamasalma predmetinə daxildirsə, mülki münasibətlərin dinamikası öhdəlik hüququ adlı yarımsa-

hənin  hüquqi  tənzimetmə  sferasına  aiddir.  Bu  münasibətlərin  dinamikliyi  öhdəlik  hüququ  ilə  rəsmiləşdirilən 

çoxsaylı iqtisadi dövriyyə münasibətlərinin hamısı üçün ümumi əlamətdir. Belə ki, həmin münasibətlərin hamı-

sı əşya, pul, göstərilən xidmət, görülən iş və s. kimi maddi nemətlərin yerdəyişməsi və mübadilə edilməsi ilə 

bağlıdır. Məsələn, alqı-satqı müqaviləsi bağlandıqda, mal (əşya) satıcıdan alıcının mülkiyyətinə keçir. Yaşayış 

evinin kirayə müqaviləsi bağlanan halda mülkiyyətçi evi kirayəyə verir. Vətəndaş borc müqaviləsi əsasında öz 

dostuna borc pul verir və pul onun mülkiyyətinə keçir. Bankla depozit (bank əmanəti) müqaviləsi bağlamaqla 

vətəndaş  öz  pul  vəsaitini  əmanətə  qoyur.  Podrat  müqaviləsi  əsasında  tikinti  təşkilatı  (podratçı)  görülən  işin 

nəticəsini, yəni tikilini (məsələn, qaracı) sifarişçiyə (vətəndaşa) verir. 

Bununla bərabər, maddi nemətlərin bir şəxsdən digərinə keçməsi və mübadilə edilməsi ilə bağlı yaranan bü-

tün münasibətlərin hamısını, istisnasız olaraq, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil etmək 

olmaz. Məsələ burasındadır ki, öhdəlik hüququ real həyatdakı bu cür münasibətlərin hamısını bütövlükdə qay-

daya salmaq funksiyasını yerinə yetirmir. Məsələn, müəssisənin işçisi buraxılan məhsulu bir sexdən müəssisə-

nin digər sexinə aparır. Başqa bir misalda ata oğluna minik avtomobili verir və s. Belə təsəvvür yaranır ki, mad-




 

381


di nemətlərin bir şəxsdən digərinə keçməsi üzrə münasibətlərin hamısı, iqtisadi dövriyyə münasibətləri kimi çı-

xış edə bilmir. Maddi nemətlərin bir şəxsdən digərinə keçməsi ilə bağlı yaranan münasibətlərin iqtisadi dövriy-

yə münasibəti hesab edilməsi və bununla da öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olması 

üçün zəruridir ki, bu nemətləəmtəə formasında olsun. Əmtəə dedikdə, insanın bu və ya digər tələbatını ödə-

mək xassəsinə,  yəni istehlak dəyərinə malik olan, mübadilə üçün istehsal olunan spesifik iqtisadi nemət başa 

düşülür. Maddi nemət ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Maddi nemətin mübadilə üçün, satılmaq 

üçün istehsal olunması həmin neməti əmtəəyə çevirir. Bütün əmtəələr maddi nemətdir; bütün maddi nemətlər 

isə əmtəə deyildir. Xidmət də (məsələn, daşıma müqaviləsi üzrə dpşıyıcının göstərdiyi xidmət, bank hesabı mü-

qaviləsi üzrə bankın göstərdiyi xidmət və s.) əmtəə kimi çıxış edir. Lakin xidmətin əşyalaşmış (maddiləşmiş) 

forması yoxdur. Xidmətin də istehlak dəyəri vardır; xidmət göstərilən anda o istehlak olunur. Məsələn, dpşıyıcı 

(nəqliyyat təşkilatı) sərnişini daşımaqla ona xidmət göstərir və bu zaman həmin xidmətin istehlak dəyəri isteh-

lak olunur.  

Söylədiklərimizdən  belə  nəticəyə  gələ  bilərik  ki, yalnız  əmtəə  formalı  maddi nemətlərin  mübadiləsi  və 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1180   1181   1182   1183   1184   1185   1186   1187   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin