Microsoft Word mulki huquq doc


§ 1. Öhdəlik hüququ mülki hüququn yarımsah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1181/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1177   1178   1179   1180   1181   1182   1183   1184   ...   1820
§ 1. Öhdəlik hüququ mülki hüququn yarımsahəsi kimi. 

Öhdəliyin anlayışı, əmələ gəlmə əsasları və növləri 

1. Öhdəlik hüququnun anlayışı və predmeti 

Öhdəlik hüququ mülki hüququn həcm etibarilə ən böyük və geniş yarımsahəsidir. Bu yarımsahə Azərbaycan 

Respublikasının mülki hüququnun ən iri hissəsi olub, özündə Mülki Məcəllədə olan normaların yarısından ço-

xunu birləşdirir. 

Hər şeydən əvvəl, qeyd edək ki, öhdəlik hüququ bir çox qabaqcıl və sivil ölkələrin milli mülki hüquq sahələ-

rinə struktur hissəsi kimi daxil olur. Fransa Mülki Məcəlləsinin (Napoleon Məcəlləsinin) üçüncü kitabı öhdəlik 

hüququnun bütün məsələlərini tənzimləyir. Burada «Müqavilələr və müqavilədən əmələ gələn öhdəliklər haq-

qında ümumi müddəalar», «Müqavilədənkənar öhdəliklər», habelə ayrı-ayrı müqavilə öhdəliklərinə (alqı-satqı, 

dəyişmə,  kirayə,  borc  və  digər  öhdəliklərə)  həsr  edilmiş  bölmələr  vardır.  Almaniya  Mülki  Qanunnaməsinin 

ikinci  kitabı  «Öhdəlik  hüququ»  («Schuldrecht»)  adlanır  və  özündə  yeddi  bölməni  («Öhdəliyin  məzmunu», 

«Müqavilələrdən əmələ gələn öhdəliklər», «Öhdəliyin ləğv edilməsi», «Öhdəliyin ayrı-ayrı növləri» və b. böl-

mələri) birləşdirir. Həmin normalar qanunnamənin 241-853-cü paraqraflarını əhatə edir. Yaponiya MM-in III 

bölməsi (399-724-cü maddələr) öhdəlik hüququna həsr edilmişdir. Bu bölmə beş fəsildən ibarətdir. 

taliya Mülki Məcəlləsinin «Öhdəlik» adlanan dördüncü kitabı doqquz bölmədən ibarətdir: «Öhdəliklər haq-

qında ümumi müddəalar»; «Müqavilələr haqqında ümumi müddəalar»; «Müqavilələrin ayrı-ayrı növləri» və b. 

Hollandiya Mülki Məcəlləsinin 1992-ji ildə qüvvəyə minən altıncı kitabı öhdəlik hüququnun ümumi hissəsinə 

həsr  edilmişdir.  Beş  bölmədən  ibarət  olan  həmin  kitaba  daxildir:  «Öhdəliklər  haqqında  ümumi  müddəalar»; 

«Müqavilələr haqqında ümumi müddəalar»; «Deliktlər» və b. Həmin məcəllənin yeddinci kitabı öhdəlik hüqu-

qunun  xüsusi  hissəsini  təşkil  edən  ayrı-ayrı  müqavilə  öhdəliklərini  (alqı-satqı,  dəyişmə,  borc,  podrat,  kirayə, 

saxlanc, kənd təsərrüfatı icarəsi və s. öhdəlikləri) tənzimləyir. Qeyd etməliyik ki, mülki hüquqda öhdəlik hüqu-

qu adlı tərkib hissəsinin ayrılması kontinental Avropa (roman-german) mülki hüquq ailəsi üçün səciyyəvidir. O, 

bu ölkəyə daxil olan istənilən hüquq sisteminin ən əsas bölmələrindən biridir.  ngilis-amerikan (ümumi) mülki 

hüquq ailəsində öhdəliyin anlayışı verilmir və onun təsnifi aparılmır. Öhdəlik hüquq münasibətləri müqavilə və 

delikt hüququna daxil olan normalarla tənzimlənir. Bir sözlə desək, öhdəlik hüququ anlayışı ingilis-amerikan 

(ümumi) hüquq ailəsinə məlum deyildir.  

Öhdəlik hüququ Roma xüsusi hüququnda onun əsas hissəsini təşkil edirdi. Roma öhdəlik hüququ Romanın 

ə

n əhəmiyyətli və mükəmməl hüquqi irsi idi. K.Marksın dili ilə desək, «Roma öhdəlik hüququ adi əmtəə - mal 



mülkiyyətçiləri arasında əmələ gələn alqı-satqı, xidmət, borc və digər öhdəliklər üzrə bütün mövcud münasibət-

ləri dəqiqliklə formulə etmişdi». Bu hüquq kontinental Avropa ölkələrinin qanunvericiliyinə mühüm təsir gös-

tərmişdir. Həmin ölkələrin qanunvericiliyi Roma öhdəlik hüququnun əsas anlayışlarını qoruyub saxlamaqla on-

ları ifadə edir. Bu ölkələrin hüquq doktrinası Roma öhdəlik hüququna əsaslanmaqla öz mülki hüquqlarının mər-




 

380


kəzi bölməsi və sivilistika elminin bvşlıca obyekti olan öhdəlik hüququnu yaratmışdır.  

Roma hüququ və kontinental Avropa ölkələrinin qanunvericilik ənənələrinə uyğun olaraq, Azərbaycan Res-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1177   1178   1179   1180   1181   1182   1183   1184   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin