lakının hüquqi taleyi ilə bağlıdır. Bu əmlak əşyadan və (və ya) puldan ibarət ola bilər.
Ə
gər mübahisənin predmeti daşınmaz əmlak olduqda, həmin əmlak «kitab müddəti» (bəzi Avropa
ölkələrinin mülki hüquq elmində «kitab müddəti» mülkiyyət hüququnun əldə edilmə üsullarından biridir) haq-
qında qayda əsasında borclu fiziki və ya hüquqi şəxsin mülkiyyətinə keçir (MM-in 178-cu maddəsinin 5 və 6-cı
bəndləri). Məsələ burasındadır ki, indiki MM-ə görə əldə etmə müddəti əsasında daşınmaz əmlaka mülkiyyət
hüququ əldə etmək qeyri-mümkündür: amma belə halda daşınmaz əmlaka əldə etmə müddəti əsasında mülkiy-
yət hüququnun yaranmasını qanunverici nəzərdə tutmalıdır. Mübahisənin predmeti daşınar əşya olarsa, borclu
şə
xs həmin əşyaya sahibsiz əşya kimi mülkiyyət hüququ əldə edir (MM-in 184-cü maddəsi). Borclu şəxs daşı-
nar əşyaya əldə etmə müddəti əsasında da mülkiyyət hüququ əldə edə bilər (MM-in 181-ci maddəsinin 4-cü
bəndi).
Mübahisənin predmeti pul vəsaiti olduqda, əgər mübahisə fiziki şəxslər arasında yaranarsa, onda pul vəsaiti
borcluda qalır. Mübahisə pul barədə müəssisələr arasında yarandığı hallarda isə, iddia müddəti keçmiş debitor
borcları alınması mümkün olmayan ümidsiz borclar hesab edilir və silinir. ddia müddəti keçmiş kreditor borc
məbləğləri, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, dövlət büdjəsinə köçürülür.
ddia müddətinin ötməsinin üçüncü hüquqi nəticəsi ondan ibarətdir ki, bu əlavə tələblər (girov, dəbbə pulu,
saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin ötməsinə səbəb olur (MM-in 376-cı maddəsi). Bu, onunla
izah edilir ki, əlavə tələb əsas tələbdən törəyir və onu təmin edir. Madam ki, əsas tələb üzrə iddia müddəti
Dostları ilə paylaş: |