olan üzrlü səbəblər iddia müddətinin son altı ayında, iddia müddəti altı aya bərabər və ya altı aydan az
olduqda isə iddia müddəti ərzində (yəni 6 ay ərzində) baş vermiş olsun. Məsələn, iddiaçı üç illik iddia müd-
dəti keçdikdən sonra xəstələnir. Ötürülmüş iddia müddəti belə halda bərpa, iddia tələbi isə təmin edilə bilməz.
ddia müddətinin ötürülməsinə əsas olan halın üzrlü səbəb olub-olmaması məsələsini məhkəmə həll edir.
Məhkəmə bu məsələnin həll edilməsini iddia tələbinə baxılması ilə eyni vaxtda həyata keçirir. ddia müddəti
bərpa olunduğu hallarda, məhkəmə öz qərarında onun ötürülmə səbəblərini və bərpa edilmə əsaslarını göstər-
məlidir. ddia müddətini bərpa etdikdən sonra məhkəmə, cavabdehin iddiaçının iddia müddətini ötürməsi barə-
də bildiriş verməsinə baxmayaraq, iddia tələbinə (mülki-hüquqi mübahisəyə) baxır. Əgər cavabdeh iddia müd-
dətinin tətbiqi barədə bildiriş verməsə, məhkəmə onda iddia müddətini tətbiq etməyə haqlı deyildir.
ddia müddətinin bərpası anlayışını iddia müddəti axımının dayandırılması və kəsilməsi kimi iki anlayışdan
fərqləndirmək lazımdır. ddia müddəti axımının dayandırılması və kəsilməsi əsasları qanunda dəqiq olaraq gös-
tərilir. ddia müddətinin bərpa edilməsi əsaslarının isə qanunda təxmini siyahısı verilir. Özü də bu əsasların üzr-
lü olması məhkəmə tərəfindən hər bir konkret hal nəzərə alınmaqla həll edilir.
Dostları ilə paylaş: |