saslar kimi nəzərə alınmır.
Bəzən iddia müddətinin ötürülməsində maraqlı şəxsin özü təqsirli bilinir. Belə ki, o, biganəliyi, səhlənkarlığı
və diqqətsizliyi üzündən vaxtında iddia vermir və bununla iddia müddətini ötürür. Bu cür hallar, təbii ki, obyek-
tiv xarakter daşımayan əsaslar olduğu üçün iddia müddətinin bərpa edilməsinə səbəb ola bilməz və onlar məh-
kəmə tərəfindən iddiadan imtina barədə qərar çıxarılmasına gətirib çıxarır.
kincisi, iddia müddəti yalnız o halda bərpa edilə bilər ki, pozulmuş mülki hüquqlar fiziki şəxsə məx-
sus olsun. Başqa sözlə desək, iddiaçı rolunda yalnız fiziki şəxs çıxış etdiyi halda ötürülmüş iddia müddəti bərpa
edilə bilər. Əgər iddia müddətini hüquqi şəxslər ötürərsə, onda ötürmənin üzrlü səbəblərlə bağlılığından asılı ol-
mayaraq, iddia müddəti bərpa edilmir. Fərdi sahibkarların, yəni sahibkar statuslu fiziki şəxslərin (hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ötürdükləri iddia müddətinin bərpa edilməsi-
nə gəldikdə isə qeyd etməliyik ki, hüquq ədəbiyyatı səhifələrində bu məsələyə birmənalı münasibət bəslənilmir.
Bir qrup müəlliflər göstərirlər ki, məhkəmə fərdi sahibkarların hüquqlarını müdafiə etmək üçün iddia müddətini
bərpa etməyə haqlıdır. Digər qrup müəlliflər belə hesab edirlər ki, fərdi sahibkarların iddia müddətinin bərpası
barədə xahişi təmin oluna bilməz. Üçüncü qrup müəlliflərin fikrinjə isə fərdi sahibkarların ötürdükləri iddia
müddəti onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gələn tələblə bağlı olarsa, onda ötürmənin
səbəblərindən asılı olmayaraq, iddia müddəti bərpa edilmir. Məhkəmə praktikası da məhz bu cür mövqedə da-
yanır.
Zənn edirik ki, axırıncı qrup alimlərin fikirləri həqiqətə daha uyğundur. Bu fikirdən belə çıxır ki, əgər fərdi
sahibkarların irəli sürdükləri tələblər qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olarsa, onda bu cür tələblər üzrə iddia
müddəti bərpa edilə bilər. Yeri gəlmişkən qeyd edək ki, 1964-cü il Mülki Məcəlləsi bu cür məhdudiyyət nəzər-
də tutmamışdı. Belə ki, həmin Məcəllə həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin hüquqları pozulduğu hal-
larda iddia müddətinin bərpa edilməsinə yol verirdi.
Üçüncüsü, ötürülmüş iddia müddəti yalnız o halda bərpa edilə bilər ki, fiziki şəxsin iddia verməsinə mane
Dostları ilə paylaş: |