Subyektiv mülki hüquq ləğv edilmir, o mövcud olmaqda davam edir, lakin bu hüquq məhkəmə müdafiə-
sindən, iddia müdafiəsindən, bir sözlə, məjburi qaydada müdafiə olunmaqdan məhrum olur. Məjburi
qaydada həyata keçirilmək xüsusiyyətini itirən subyektiv mülki hüququn özü saxlanılır. Roma hüququnda bu
cür hüquq mahiyyətjə «ius nudum» anlayışı ilə əhatə olunmuşdu. «Ius nudum» iddia müdafiəsindən, məjburi
müdafiədən məhrum olan hüquq idi.
Subyektiv mülki hüququn saxlanılmasını, mövcud olmaqda davam etməsini və ləğv olunmamasını bir neçə
ə
sasla təsdiqləmək olar. Birinci əsasa görə, məhkəmənin hüququ var ki, o, iddia müddəti üzrlü səbəblərə görə
ötürüldüyü hallarda həmin müddəti bərpa və iddianı təmin etsin. Bununla məhkəmə pozulmuş subyektiv hüqu-
qu bərpa edir. Əgər həmin hüquq ləğv edilmiş olsaydı, bəs onu nejə bərpa etmək olardı?
kinci əsasa görə, iddia müddəti ötdükdən sonra borclu (cavabdeh) öz vəzifəsini könüllü surətdə icra edə bi-
lər. Almaniya mülki hüquq ədəbiyyatında belə bir etika qaydası göstərilir: «Vijdanlı insan müddətin ötməsinə
istinad edə bilməz». Digər tərəfdən, iddia müddətinin ötməsindən sonra öz vəzifəsini icra etmək borclunun kö-
nüllü işidir. Bu işi yerinə yetirərək, o, müvafiq vəzifəni icra edə bilər. Bununla iddiaçının pozulmuş subyektiv
hüququ bərpa olunur. Bu, onu sübut edir ki, həmin hüquq ləğv edilməmişdir. L.Ennekserus haqlı olaraq yazır
ki, iddia müddəti ötdükdən sonra natural öhdəlik yaranır və Almaniya Mülki Qanunnaməsi məsələni bu cür
həll edir. Bu öhdəlik Roma hüququna məlum idi. ddia müdafiəsindən məhrum olan natural öhdəlik (obligatio
naturalis) üzrə icra edilmişi geri tələb etmək olmaz. Bizim ölkə qanunvericiliyinə görə də natural öhdəlik yara-
nır: əgər borclu şəxs bilsə ki, iddia müddəti ötmüşdür, icra etdiyini geri tələb edə bilməz (MM-in 383-cü mad-
dəsi). Məsələn, vətəndaş aldığı borc pulu öz qonşusuna qaytarır. Bundan sonra vətəndaşa məlum olur ki, o, pulu
iddia müddəti ötdükdən sonra qaytarmışdır. Vətəndaş verdiyi pulu qonşudan geri tələb etməyə haqlı deyildir.
ddia müddətinin ötürülməsinin ikinci hüquqi nəticəsi iddiaçının cavabdehdə (borclu şəxsdə) qalan əm-
Dostları ilə paylaş: |