mlakın mülkiyyətə verilməsi ilə (məsələn, alqı-satqı, dəyişmə, renta və s. müqavilələr ilə), əmlakın istifadə-
yə verilməsi ilə (məsələn, icarə, lizinq, kirayə müqavilələri ilə), xidmət göstərilməsi ilə (daşıma, sığorta, kre-
dit, bank hesabı, bank əmanəti və s. müqavilələr ilə), iş görülməsi ilə (podrat müqaviləsi ilə), birtərəfli hərəkət-
lər edilməsi ilə (tapşırıq olmadan özgəsinin mənafeyi üçün hərəkət etmək, xüsusi mükafatlandırma barədə ümu-
mi — açıq elan vermək və s.), müqavilədənkənar hərəkətlərlə (məsələn, ziyan vurmaqla, əsassız varlanmaq-
la) bağlı yarana bilər. Göstərilən bu cür çoxsaylı münasibətlər öhdəlik hüquq normaları ilə qaydaya salınır. Bu
hüquq normaları ilə tənzimlənən həmin çoxsaylı münasibətlər iqtisadi dövriyyə və ya əmlak dövriyyə münasi-
bətləri anlayışı ilə əhatə olunur. Belə təsəvvür yaranır ki, öhdəlik hüququ iqtisadi dövriyyəni qaydaya salır.
Dostları ilə paylaş: |