Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1199/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1195   1196   1197   1198   1199   1200   1201   1202   ...   1820
2. Öhdəliyin elementləri 

Öhdəlik mülki hüquq münasibətinin bir növüdür. Buna görə hər bir mülki hüquq münasibəti kimi o, quruluş-

ja üç elementdən ibarətdir: öhdəliyin tərəfləri (subyekt tərkibi); öhdəliyin məzmunu; öhdəliyin obyekti. 

Öhdəliyin  tərəfləri  dedikdə,  öhdəlik  hüquq  münasibətlərində  çıxış  edən  iştirakçılar  başa  düşülür.  Hər  bir 

hüquq münasibətində olduğu kimi, öhdəlikdə iki tərəf iştirak edir: səlahiyyətli şəxs; borclu şəxs. 



Səlahiyyətli şəxs öhdəliyin kreditoru adlanır. Kreditor dedikdə, elə bir səlahiyyətli şəxs başa düşülür ki, o, 

borclu olan tərəfdən müəyyən fəal hərəkətlər etməyi tələb etmək ixtiyarına malikdir. Bu isə təsadüfi deyil. Belə 

ki, öhdəliyin mahiyyətini təşkil edən maddi nemətlərin mübadilə prosesi fəal hərəkətlər olmadan mümkün de-

yil.  


Kreditor anlayışının tarixi mənbəyi Roma hüququ ilə bağlıdır. Belə ki, Roma hüququ öhdəliyi öz təbiətinə 

görə inama əsaslanan kredit (latınca «credo» — inanıram) münasibəti kimi nəzərdə tuturdu. Kreditor bu müna-

sibətdə «inanan şəxs» kimi çıxış edirdi. Belə ki, o, öhdəlikdə çıxış edən digər tərəfin — kontragentin öz vəzifə-

sini icra etməsinə inanırdı. Buna görə də öhdəlikdə tələb etmək hüququ olan tərəf kreditor (yəni inanan) adla-

nırdı. 

Öhdəlikdə çıxış edən ikinci tərəf borclu şəxs adlanır. Borclu şəxs dedikdə, öhdəlikdə iştirak edən elə bir tə-

rəf başa düşülür ki, ona müəyyən fəal hərəkətlər etmək və  ya müəyyən hərəkəti etməkdən çəkinmək vəzifəsi 

həvalə edilir. O, debitor (latınca «debitor» — borclu) da adlanır. Debitor kreditorun tələbini yerinə yetirməli 

olan tərəfdir. Məsələn, kirayə öhdəliyində kirayəçi borclu şəxs (debitor) hesab olunur. Kirayəçi nəzərdə tutulan 

müddətdə kirayəyə götürdüyü əşyanı kirayəyə verənə qaytarmağa borcludur. Kirayəyə verən isə öhdəliyin kre-

ditoru sayılır. O, nəzərdə tutulan müddət başa çatdıqda, kirayəçidən əşyanı geri qaytarmaq hüququna malikdir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1195   1196   1197   1198   1199   1200   1201   1202   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin