Öhdəlikdə subyektiv hüquq kreditora məxsusdur. Bu hüquq tələb hüququ (tələb) adlanır. Müəyyən hərə-
kətləri etməkdən (və ya müəyyən hərəkəti etməkdən çəkinməkdən) ibarət olan subyektiv vəzifəni borclu şəxs
(debitor) daşıyır. Bu subyektiv vəzifəyə isə borc deyilir. Borclunun daşıdığı subyektiv vəzifə həm müəyyən fə-
al hərəkətlərdə, həm də müəyyən passiv hərəkətlərdə ifadə oluna bilər, yəni onun daşıdığı vəzifələr iki formada
ola bilər: fəal formalı vəzifələr; passiv formalı vəzifələr. Fəal formalı vəzifələr müəyyən hərəkətlər edilməsin-
də ifadə olunur. Məsələn, alqı-satqı öhdəliyində alıcı borclu şəxs kimi satın aldığı əşyanın müqabilində satıcıya
pul verməlidir.
Dostları ilə paylaş: |