isə həm də kreditor rolunda çıxış edir. Başqa sözlə desək, kreditor həm tələb etmək hüququna malik olur,
həm də borclu şəxs kimi müəyyən fəal hərəkətlər etməyə borclu olur. Borclu şəxs isə həm müəyyən fəal hərə-
kətlər etməyə borclu olar, həm də kreditordan müəyyən hərəkətlər etməyi tələb etmək hüququna malik olur.
Məsələn, alqı-satqı öhdəliyində satıcı alıcı qarşısında borclu şəxs sayılır. Belə ki, o, satdığı əşyanı alıcıya ver-
məyə borcludur. Eyni zamanda satıcı həm də kreditor kimi çıxış edir. O, satdığı əşyanın qiymətinin ödənilməsi-
ni alıcıdan tələb etmək ixtiyarına malikdir. Alıcı isə borclu şəxs kimi satın aldığı əşyanın qiymətini ödəməyə
borcludur. Kreditor kimi o, satıcıdan əşyanın verilməsini tələb edə bilər. Daşıma, podrat, icarə, kirayə və s. öh-
dəliklərdə də belədir.
Mülki hüququn istənilən subyekti, yəni hüquqi şəxslər, fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respubli-
Dostları ilə paylaş: |