Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1206/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1202   1203   1204   1205   1206   1207   1208   1209   ...   1820
Öhdəliyin obyekti, mülki hüquq münasibətinin obyekti kimi, mübahisəlidir. Bu barədə, əsasən, bir-birindən 

fərqli iki mövqe mövcuddur. Birinji mövqeyə görə, borclunun hərəkəti öhdəliyin obyekti kimi çıxış edir. Digər 

mövqenin tərəfdarları əşyanı, pulu, qiymətli kağızları, əmlak hüquqlarını, hərəkətin nəticəsini və s. öhdəliyin 

obyekti hesab edirlər. 

Bizim  fikrimizjə,  mülki  hüquq  münasibətlərinin (xüsusən  də  əşya  hüquq  münasibətlərinin)  obyekti  barədə 

«monist konsepsiya» (obyektin təkliyi nəzəriyyəsi) yox, «plyuralist konsepsiya» (obyektlərin çoxluğu nəzəriy-

yəsi) əhəmiyyət kəsb edir, yəni mülki hüquq münasibətlərinin obyekti kimi maddi nemətlər (əşyalar, predmet-



 

387


lər, sərvətlər), qeyri-maddi nemətlər, əqli fəaliyyətin nəticələri, subyektlərin davranış və hərəkətləri, işlər, xid-

mətlər, qiymətli kağızlar, əmlak hüquqları çıxış edə bilər. 

Mülki hüquq münasibətlərinin bir növü olan öhdəlik hüquq münasibətlərinin obyektinə gəldikdə isə qeyd et-

mək lazımdır ki, bu obyektlərə münasibətdə «monist konsepsiya» (obyektin təkliyi nəzəriyyəsi) əhəmiyyət kəsb 

edir. Bu, o deməkdir ki, yalnız borclu şəxsin davranışı (hərəkəti) öhdəliyin obyekti ola bilər. Məsələn, alqı-

satqı öhdəliyində borclu şəxs kimi satıcı əşyanın verilməsi üzrə hərəkət edir, alıcı isə borclu şəxs kimi aldığı əş-

yanın qiymətini ödəmək üzrə hərəkət edir. Deməli, borclu şəxslərin (həm satıcının, həm də alıcının) hərəkətləri 

öhdəliyin  obyektidir.  Burada  kreditorun  (satıcının  və  ya  alıcının)  tələb  hüququ  bilavasitə  əşyanın  özünə  yox 

(belə halda mülkiyyət hüququndan danışmaq olar), borclunun hərəkətinə yönəlmişdir. Kreditor borclu şəxsdən 

əş

yanın verilməsi üzrə müəyyən hərəkət etməyi tələb etmək ixtiyarına malikdir. Bu isə o deməkdir ki, kreditora 



başqa şəxsin, yəni borclu şəxsin hərəkətinə olan hüquq məxsusdur. Bu isə öhdəliyin obyektini müəyyənləşdir-

məyə imkan verir: obyekt rolunda yalnız hərəkət çıxış edə bilər. 

Əş

yalar, qiymətli kağızlar, predmetlər, pul və s. öhdəliyin obyekti yox, öhdəliyin predmeti kimi çıxış edir. 



Ona görə də «öhdəliyin predmeti» və «öhdəliyin obyekti» kimi iki anlayış üst-üstə düşmür. Bu anlayışları qarış-

dırmaq olmaz. 

Almaniya mülki hüquq elmində öhdəliyin məzmunu və obyekti (Gegenstand) haqqında məsələ belə izah olu-

nur: borclu nəyi, harada, nə vaxt və kim üçün icra etməlidir. Hüquq ədəbiyyatında öhdəliyin məzmunu borclu-

nun vəzifə və ya öhdəliyinin (borcunun) müəyyən edilməsi yolu ilə açıqlanır (Leistungen). Öhdəliyin predmeti 

(Gegenstand) isə müxtəlif qarşılıqlı əlaqələrdə nəzərdən keçirilir. Məsələn, H.Broks öhdəliyin predmetini öhdə-

liyin məzmunu ilə əlaqələndirir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1202   1203   1204   1205   1206   1207   1208   1209   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin