Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1209/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1205   1206   1207   1208   1209   1210   1211   1212   ...   1820
Hakimiyyət  aktları  öhdəliyin  əmələ  gəlmə  əsaslarından  biridir.  Bu  akt  həmin  aktdan  yaranan  öhdəliyin 

məzmununu müəyyən edir. Bu cür hakimiyyət aktları iki cür olur: inzibati aktlar; məhkəmə aktları. Hakimiyyət 

aktları arasında dövlət orqanlarının və ya yerli özünüidarə orqanının qeyri-normativ (fərdi) xarakterli in-

zibati aktları xüsusi yer tutur. Bu aktlar qanunvericilikdə öhdəliyin əmələ gəlmə əsası kimi nəzərdə tutulduq-

da, mülki hüquq və vəzifələr əmələ gəlir (MM-in 14-cü maddəsinin 2-ji bəndinin 2-ji yarımbəndi). Təbii fəla-

kətlər, texnoloci qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq döv-

lət orqanı qərar qəbul edir. Bu qərar əsasında mülkiyyətçidən əmlak dəyəri ödənilməklə, jəmiyyətin mənafeyi 

üçün məcburi surətdə alınır. Buna rekvizisiya, yəni həcz deyilir (MM-in 209-cu maddəsi). Belə halda mülkiy-

yətçidən alınmış həmin əmlakın dəyərinin ödənilməsi barədə mülkiyyətçi ilə dövlət arasında öhdəlik  yaranır. 

Bu öhdəlikdə mülkiyyətçi kreditor, dövlət isə borclu şəxs kimi çıxış edir. Öhdəliyin əmələ gəlməsinin əsasını 

isə  dövlət  orqanının  qeyri-normativ  (fərdi)  xarakterli  aktı  təşkil  edir.  Başqa  bir  misalda  torpaq  sahəsi  dövlət 

ehtiyacları üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə mülkiyyətçidən satınalma yolu ilə alınır (MM-in 

246-jı maddəsi). Belə halda da öhdəlik əmələ gəlir ki, bunun əmələ gəlmə əsasını inzibati akt təşkil edir.  

Xalq təsərrüfatı üçün əhəmiyyəti olan obyektlərin və iqtisadiyyatın inkişafı üçün zəruri olan obyektlərin ti-

kintisi barədə müvafiq dövlət orqanının qərarı podrat öhdəliyinin əmələ gəlmə əsası kimi çıxış edir. Müəssisələr 

dövlət  ehtiyacları  üçün  işlər  görə  bilər.  Dövlət  orqanlarının  inzibati  aktlarından  sayılan  plan  aktları  əsasında 

yüklər daşınır və nəqliyyat təşkilatı (dpşıyıcı) ilə yük göndərən arasında daşıma öhdəliyi yaranır.  

Mənzilə ehtiyacı olan vətəndaşlara yerli dövlət orqanları tərəfindən verilən order də inzibati akt hesab olu-

nur. Bu akt order sahibi üçün onunla yaşayış evinin kirayə müqaviləsi bağlanmasını tələb etmək hüququ yara-

dır, mənzil-istismar sahəsi üçün isə bu cür müqavilə bağlamaq vəzifəsi əmələ gətirir. Belə halda da öhdəlik ya-

ranır ki, bu öhdəlik mülki hüquqla tənzimlənir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1205   1206   1207   1208   1209   1210   1211   1212   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin