hüquqi faktı birləşdirir: inzibati aktı; müqaviləni. Yalnız hər iki hüquqi fakt mövcud olduqda mürəkkəb hü-
quqi tərkib yaranır və bu tərkib öhdəliyin əmələ gəlmə əsası kimi çıxış edir. Bunlardan biri olmadıqda, mürək-
kəb hüquqi tərkib yaranmır və belə halda öhdəliyin mövcudluğundan söhbət gedə bilməz.
Mürəkkəb hüquqi tərkib planlı iqtisadiyyatın (Sovet iqtisadiyyatının) mövcudluğu şəraitində daha geniş ya-
yılmışdı. qtisadiyyatın planlı surətdə idarə edilməsi dövründə bütün təsərrüfat öhdəlikləri mürəkkəb hüquqi
tərkibə əsaslanırdı: plan aktına; müqaviləyə. Məsələn, tədarük öhdəliyinin yaranması üçün həm inzibati aktın
(məhsul bölgüsünə dair plan aktının), həm də bu akt əsasında bağlanmış tədarük müqaviləsinin olması tələb
olunurdu (1964-cü il MM-in 254-cü maddəsi).
Bazar iqtisadiyyatına və münasibətlərinə keçilməsi mürəkkəb hüquqi tərkibin rolunu xeyli məhdudlaşdırır.
Öhdəliyin əmələ gəlməsinin bu cür əsası öz təbiətinə görə əmtəə-pul münasibətləri olan müasir iqtisadi dövriy-
yə üçün xarakterik deyil. Belə ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat əlaqələrinin sabitliyi əmtəə-pul müna-
sibətləri iştirakçılarının iqtisadi maraqlarına əsaslanır. Bu maraq isə onlar arasında bağlanan müqavilələrdə ifa-
də olunur.
Müasir dövrdə mürəkkəb hüquqi tərkibin əhəmiyyəti və rolu məhdudlaşmışdır, lakin tam itməmişdir. Bu cür
mürəkkəb tərkib mülki-hüquqi öhdəliyin əmələ gəlməsinə səbəb ola bilər. Məsələn, dövlət təsərrüfatsızjasına
saxlanılan mədəni sərvətləri satınalma yolu ilə ala bilər (MM-in 208-ji maddəsi). Belə halda dövlətlə mədəni
sərvətin mülkiyyətçisi arasında öhdəlik yaranır ki, mürəkkəb hüquqi tərkib bu öhdəliyin əmələ gəlmə əsası kimi
çıxış edir: məhkəmə qərarı (hakimiyyət aktı); alqı-satqı müqaviləsi.
Öhdəliyin əmələ gəlmə əsaslarından biri hadisələrdir. Hadisələr insan iradəsindən asılı olmayaraq baş verən
hüquqi faktlardır. Hüquqi əməllər kimi hadisələr də öhdəliyin əmələ gəlməsinin geniş yayılmış əsası hesab edil-
mir. Lakin real həyatda hadisələrin öhdəliyin yaranmasına əsas olan hüquqi faktlar kimi çıxış etməsi halına rast
gəlmək mümkündür. Məsələn, naviqasiya mövsümi hadisədir. Bu, yazın gəlməsi və havaların isinməsi ilə bağlı
olaraq, çay və dənizlərdə buzun əriməsi, bunun nəticəsində isə su yolu ilə yük daşınmasına imkan verən möv-
sümdür. Naviqasiya mövsümünün açılması ilə yük daşıma öhdəliyi yaranır və icra edilir, yəni çay və dəniz nəq-
liyyatı ilə yük təyinat məntəqəsinə daşınır.
Qanun hadisələri mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri hesab edir (MM-in 14-cü mad-
390
dəsinin 2-ji bəndinin 9-cu yarımbəndi). Lakin ümumi qaydaya görə, hadisə lə r çox vaxt öhdə liyin ə mə lə gə l-
Dostları ilə paylaş: |