Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1213/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1209   1210   1211   1212   1213   1214   1215   1216   ...   1820
məsinin müstəqil əsası kimi çıxış etmir. Belə ki, hadisələr həmin öhdəliyin çərçivəsində və hüdudlarında tə-

rəflər üçün hüquq və vəzifələr yaradır. Məsələn, əmlak təbii fəlakətdən (zəlzələdən, daşqından, qasırğadan və 

s.) sığortalanır və onun mülkiyyətçisi sığortaçı (sığorta təşkilatı) ilə sığorta müqaviləsi bağlayır. Təbii fəlakət, 

yəni sığorta hadisəsi baş verir və əmlak məhv olur. Bununla sığortaçı üçün sığortalıya sığorta ödənişi vermək 

vəzifəsi  yaranır. Deməli, belə halda sığorta hadisəsi (təbii fəlakət) sığorta öhdəliyi  yox, sığortaçı üçün vəzifə 

ə

mələ gətirir. Sığorta öhdəliyi sığorta müqaviləsi əsasında yaranır. Başqa bir misalda ata (vəsiyyət edən) bank 



ə

manətinin yarısının öz qardaşına verilməsini oğluna (vərəsəyə) həvalə edir (vəsiyyət tapşırığı — leqat). Bu cür 

vəsiyyət tapşırığı birtərəfli əqddir. Bu əqd yalnız vərəsəlik açıldığı andan, yəni vəsiyyət edən ata öldüyü andan 

öhdəlik əmələ gətirir. Vəsiyyət edən ata ölməsə (onun ölümü hadisədir), öhdəliyin yaranmasından söhbət gedə 

bilməz. Belə təsəvvür yaranır ki, belə halda hadisə (vəsiyyət edənin ölümü) vəsiyyət tapşırığı (birtərəfli əqd) ilə 

birlikdə mürəkkəb hüquqi tərkib kimi öhdəliyin əmələ gəlməsinə səbəb olur.  

Öhdəliyin  əmələ  gəlmə  əsaslarından  biri  fiziki  və  hüquqi  şəxslərin  digər  hərəkətləridir  (MM-in  14-cü 

maddəsinin 2-ji bəndinin 8-ji yarımbəndi). Şəxslərin digər hərəkətləri dedikdə, onların nə əqd, nə də inzibati akt 

olan davranışı başa düşülür. Lakin bu cür hərəkətlər mülki qanunvericiliyin prinsiplərinə və ümumi əsaslarına 

zidd olmamalıdır. Məsələn, vətəndaş huşunu itirir və  yıxılır. Bunu görən qonşu onu təjili olaraq xəstəxanaya 

çatdırır. Vətəndaşın üzərində ağır jərrahiyyə əməliyyatı aparılır. Dava-dərman alınması və jərrahiyyə əməliyyatı 

üçün zəruri olan bütün xərcləri qonşu çəkir. Vətəndaş tam sağaldıqdan sonra qonşu çəkdiyi xərclərin əvəzinin 

ödənilməsini tələb etmək hüququna malik olur, vətəndaş isə həmin xərclərin əvəzini ödəmək vəzifəsini daşıyır. 

Onlar arasında öhdəlik yaranır. Bu öhdəliyin əmələ gəlməsi vətəndaşın birtərəfli hərəkəti ilə bağlıdır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1209   1210   1211   1212   1213   1214   1215   1216   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin