lələr; əvəzsiz müqavilələr. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, əvəzli müqavilələrin dairəsi əvəzsiz mü-
qavilələrin dairəsinə nisbətən müqayisəedilməz dərəjədə xeyli genişdir. Əvəzsiz müqavilələrin dairəsi isə
426
olduqca məhduddur. Bu, onunla izah olunur ki, jəmiyyətdə yaranan münasibətlərin çoxu əmtəə-pul münasibət-
ləridir, mülki dövriyyə əmtəə-əmlak xarakterlidir.
Ə
vəzli müqavilələr odur ki, müqaviləni bağlayan tərəf öz vəzifəsinin icrası müqabilində qarşı tərəfdən haqq
və ya digər qarşılıqlı əvəz alır. Qarşılıqlı əvəz iki formada ifadə olunur: qiymətin (pul məbləğinin) ödənilməsi
formasında; mal verilməsi və ya iş görülməsi, xidmət göstərilməsi formasında. Məsələn, alqı-satqı müqaviləsin-
də satıcı öz vəzifəsinin (əşyanı vermək vəzifəsinin) icrası müqabilində alıcıdan müəyyən pul məbləğində ifadə
olunan haqq alır. Alıcı isə öz vəzifəsini (pulu ödəmək vəzifəsini) icra etməsinin əvəzində satıcıdan əşyanı alır.
Dəyişmə müqaviləsində isə müvafiq tərəf öz vəzifəsinin (əşyanı qarşı tərəfə vermək vəzifəsinin) icrası müqabi-
lində digər tərəfdən əmlak alır. Alqı-satqı, icarə, podrat, daşıma, bank hesabı, bank əmanəti, kirayə, turist xid-
mətləri göstərilməsi haqqında, françayzinq, faktorinq, lizinq və digər müqavilələr bütün hallarda, istisnasız ola-
raq, əvəzli müqavilələrə şamil edilir.
Ə
Dostları ilə paylaş: