Öhdəlik müqavilələri odur ki, bu müqavilələr nəticəsində öhdəlik hüquqları yaranır. Onların əsas təyinatı
öhdəlik hüquq münasibətləri (öhdəliklər) əmələ gətirməkdən ibarətdir. Alqı-satqı, kirayə, icarə, daşıma, podrat
və digər müqavilələr öhdəlik müqaviləsi kateqoriyasına aid edilir.
Elə müqavilələr var ki, onlar ikili təbiətə malikdir. Söhbət həmin müqavilələrin bir tərəfdən əşya müqavilə nö-
vünə, digər tərəfdən isə öhdəlik müqavilə növünə şamil edilməsindən gedir. Başqa sözlə desək, göstərilən hüquqi
konstruksiyalar həm əşya müqaviləsi, həm də öhdəlik müqaviləsi hesab edilir. Məsələn, girov müqaviləsi, ipoteka
müqaviləsi bu növ müqavilələrə misal ola bilər.
Dostları ilə paylaş: |