Gizli (dolayı) nümayəndəlik müqavilələri odur ki, bu müqavilələrə görə nümayəndə təmsil olunanın hesa-
bına və onun mənafeyi üçün, lakin öz adından üçüncü şəxslərlə əqd bağlayır. Bu zaman hüquqi nəticə nüma-
yəndə üçün yaranır. Sonra o, bunu tapşırana (təmsil olunana) verir. Komissiya müqaviləsi gizli nümayəndəlik
müqaviləsinin ən geniş yayılmış növüdür. Belə ki, bu müqavilə üzrə nümayəndə (komisyonçu) öz adından
üçüncü şəxslə əqd bağlayır. Həmin əqd üzrə hüquq və vəzifələri o özü əldə edir. Sonra isə onu təmsil olunana,
yəni tapşırana (komitentə) verir. Almaniya ticarət hüququ müəyyən etmişdir ki, gizli (dolayı) nümayəndəlik ko-
missiya müqaviləsinin mühüm əlamətidir (Almaniya Ticarət Qanunnaməsinin 383-cü paraqrafı). Tapşırıq mü-
qaviləsini də bu növ müqaviləyə aid etmək olar. Özü də dərhal qeyd etməliyik ki, tapşırıq müqaviləsinin pred-
meti rolunda faktiki hərəkətlər çıxış etdikdə, nümayəndəlik münasibəti yaranmır. Yalnız o tapşırıq müqaviləsi
gizli (dolayı) nümayəndəlik əmələ gətirir ki, onun predmetini hüquqi hərəkətlər təşkil etsin.
Dostları ilə paylaş: |