lanması haqqında təklif başa düşülür. O, bir və ya bir neçə şəxsə ünvanlana bilər. Müqavilə bağlamaq barədə
təklif edən şəxsə isə oferent deyilir.
Müqavilə bağlanmasının məcburi xarakterə malik olan ikinci mərhələsi aksept (latınca «acceptus» – qəbul
olunan) adlanır. Aksept dedikdə, bir tərəfin digər tərəfin müqavilə bağlamaq barədə təklifini qəbul etməsi
başa düşülür. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında javabı aksept sayılır (MM-in 409-
cu maddəsinin 1-ji bəndi). Təklifi qəbul edib, ona javab verən tərəfə akseptant (latınca «acceptans» – qəbul
edən) deyilir.
Bununla bərabər, müqavilə bağlanmasının göstərilən iki mərhələsindən savayı, elə bir mərhələsi də vardır ki,
bu mərhələ bəzi müqavilələrin bağlanmasında (bütün müqavilələrin bağlanmasında yox) məcburi mərhələ kimi
çıxış edir. Bu mərhələ ofertaya baxılması adlanır. Ofertaya baxılması mərhələsi yalnız o hallarda mümkündür
ki, qanunvericilik bəzi müqavilə növləri üçün ofertaya (müqavilənin layihəsinə) baxmaq müddəti və qaydası mü-
ə
yyən etsin. Məsələn, mal göndərmə müqaviləsi bağlanarkən müqavilə bağlanması barədə təklif almış tərəf həmin
təklifi aldığı gündən otuz gün ərzində müqavilənin müvafiq şərtlərinin razılaşdırılması üçün tədbirlər görməli idi,
yəni həmin müddət ərzində o, ofertaya baxmalı idi (MM-in 628-ji maddəsinin 1-ji bəndi). Deməli, ofertaya baxıl-
ması mal göndərmə müqaviləsinin bağlanmasının ikinci müstəqil məcburi mərhələsini təşkil edirdi. ndi bu norma
MM-dən çıxarılmışdır.
Müqavilə bağlanmasının məcburi mərhələlərindən başqa, fakultativ mərhələsi də vardır. Bu, danışıqlar
Dostları ilə paylaş: |