Susmaq aksept hesab edilmir (MM-in 409-cu maddəsinin 3-cü bəndi). Təklifə razılıq verilməsində məşhur
kəlamdan istisnaya yol verilir. Məşhur kəlamda deyilir ki, susmaq razılıq əlamətidir. Təklifə münasibət bildiri-
lərkən, bundan fərqli olaraq, susmaq razılıq əlaməti hesab edilmir. Bu, o deməkdir ki, müqavilə bağlamaq barə-
də təklif alan şəxs ona münasibət bildirməyib susursa, bu, aksept sayılmır.
Susmağı aksept hesab etməyən qanun norması imperativ yox, dispozitiv xarakter daşıyır. Belə ki, MM-dən,
işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda da irəli gələr bilər (MM-in 409-cu
maddəsinin 3-cü bəndi). Məsələn, ticarət agenti haqqında müqavilənin müddəti başa çatır. Ticarət agenti yeni-
dən müqavilə bağlamaq təklifi ilə tapşırana müraciət edir. Əgər tapşıran dinmirsə, susursa və ticarət agenti öz
fəaliyyətini davam etdirirsə, müqavilə qeyri-müəyyən müddətə bağlanmış hesab edilir (MM-in 794-cü maddəsi-
nin 1-ji bəndi). Bu halda aksept susmaq formasında həyata keçirilir. carə müqaviləsinin müddəti qurtardıqdan
sonra ona xitam vermək haqqında tərəflərdən birinin (icarəyə verənin və ya icarəçinin) ərizəsi olmadıqda, o,
müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Bu halda da həm ofer-
ta, həm də aksept yenidən bağlanmış müqavilə üzrə susmaq formasında həyata keçirilir.
Dostları ilə paylaş: |