yənləşdirir. Təklifi alan şəxsin, yəni akseptantın borcudur ki, aksepti bu müddət ərzində həyata keçirsin (MM-
in 409-cu maddəsinin 2-ji bəndi). Akseptin göstərilən müddət ərzində həyata keçirilməsi hüquqi əhəmiyyət
kəsb edir. Belə ki, oferent (ofertanı göndərmiş şəxs) aksepti ofertada nəzərdə tutulan müddət ərzində aldıqda,
müqavilə bağlanmış sayılır (MM-in 409-cu maddəsinin 7-ji bəndi). Özü də dərhal qeyd etməliyik ki, aksept
haqqında bildirişin oferentə göndərildiyi vaxt müddəti yox, anjaq həmin bildirişin oferent tərəfindən alındığı
vaxt müddəti hüquqi əhəmiyyətə malik olur, yəni müqavilənin bağlanmasını şərtləndirir. Ona görə də akseptant
aksept barədə bildirişi elə hesabla göndərməyə çalışmalıdır ki, həmin bildiriş ofertada nəzərdə tutulan müddətdə
oferentə çatsın.
kinci halda akseptant qanunda aksept üçün müəyyənləşdirilmiş müddətdə oferentə javab verməlidir, yə-
ni aksept barədə bildiriş göndərməlidir. Bu cür müddət yazılı oferta üçün xarakterikdir. Belə ki, yazılı ofertada
aksept üçün müddət nəzərdə tutulmur. Bu halda aksept üçün müddəti müəyyən etmək üçün qanunda göstərilən
müddət əsas kimi götürülür. Məsələn, qanun mal göndərmə müqaviləsi bağlanarkən aksept üçün otuz gün müd-
dət müəyyən edirdi (MM-in qüvvədən düşmüş 628-ji maddəsinin 1-ji bəndi). Akseptant mal göndərmə müqavi-
ləsi bağlamaq barədə təklifi aldığı otuz gün ərzində müqavilənin müvafiq şərtlərinin razılaşdırılması üçün təd-
birlər görməli, yəni aksept barədə oferentə bildiriş göndərməli idi. Oferta göndərmiş şəxs aksepti 30 gün qurta-
rana qədər aldıqda, müqavilə bağlanmış hesab edilirdi.
Üçüncü halda akseptant aksept üçün zə
Dostları ilə paylaş: |