Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1363/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1359   1360   1361   1362   1363   1364   1365   1366   ...   1820
ruri olan müddəərzində oferentə aksept barədə bildiriş göndər-

məlidir. Bu cür müddətdən oferta yazılı formada verildiyi hallarda istifadə edilir. Bundan əlavə, həmin müddət 

o  halda  tətbiq  olunur  ki,  birinjisi,  yazılı  ofertada  aksept  üçün  müddət  müəyyənləşdirilməsin,  ikincisi,  aksept 

üçün müddət qanunda nəzərdə tutulmasın. Aksept üçün zəruri olan müddət dedikdə, normal (ağlabatan) lazı-

mi müddət başa düşülür. Zəruri olan müddəti təyin edərkən ofertanın predmeti, təklif verən şəxsdən təklif alan 

şə

xsə poçtun getməsi müddəti, həmin növ korrespondensiyanın (poçtla göndərilən yazışmalar, məktublar, teleq-



ramlar və başqalarının) hər iki tərəfə çatması üçün yetərli olan vaxt, verilmiş təklifin məzmunu ilə tanış olmaq 

və ona javab vermək üçün kifayət edən vaxt, təklif alan şəxsin iş icraatının təşkili və digər amillər nəzərə alınır. 

Oferta göndərmiş şəxs aksepti aksept üçün zəruri olan müddət ərzində almış olduqda, müqavilə bağlanmış he-

sab olunur. 

Dördüncü halda aksept üçün müddət təklif alan şəxsin aksept barədə bildirişin dərhal verməsi ilə bağlı 

olaraq müəyyən edilir. Bu cür müddətdən o halda istifadə olunur ki, hər şeydən əvvəl, oferta şifahi formada ve-

rilsin. Vətəndaşlar məişət münasibətləri sferasında konsensual müqavilələr bağladıqları zaman, bir qayda ola-

raq, əsasən şifahi formada oferta verirlər. Real müqavilələr bağlanarkən bu cür oferta göndərilmir. Bundan əla-

və, vacibdir ki, şifahi formalı ofertada aksept üçün müddət göstərilməsin. Hər iki şərt olduqda, akseptant aksept 

barədə dərhal bildiriş verir. Bununla da müqavilə bağlanmış sayılır. Bu xüsusi qayda ilə o müqavilələr bağlanır 

ki, onların barəsində qanun yazılı forma tələb etmir və nəzərdə tutmur. 

 

Göstərdiyimiz hallardan başqa, qalan hallarda akseptin vaxtında həyata keçirilməsi ofertanın ünvanında olan 



şə

xsə verilməsindən asılı olaraq müəyyən edilir. Belə ki, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul 

edilməli və ya ondan imtina olunmalıdır (MM-in 409-cu maddəsinin 10-cu bəndi). Ünvanında olmayan şəxsə 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1359   1360   1361   1362   1363   1364   1365   1366   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin