riş oferentə akseptdən əvvəl çatarsa, bu, akseptin geri götürülməsinə səbəb olur. Əksinə, əgər bildiriş aksept-
dən sonra oferentə çatarsa, bu, akseptin geri götürülməsi üçün əsas olmur. Bu halda aksept oferent tərəfindən
alınmış hesab edilir.
kinci halda akseptin geri götürülməsi haqqında bildiriş akseptlə eyni vaxtda oferentə çatır. Bu cür məqam
da akseptin geri götürülməsini ifadə edir. Bu, onu göstərir ki, aksept oferent tərəfindən alınmamışdır, akseptant
tərəfindən geri götürülmüşdür.
Sahibkarlıq fəaliyyəti sferasında müqavilə bağlanması praktikasında elə hallara rast gəlinir ki, bir tərəf ak-
sept almaq üçün müqavilənin layihəsini (ofertanı) qarşı tərəfə göndərir. Qarşı tərəf müqavilənin əsas və əksər
şə
rtlərini qəbul edir və prinsipial razılığını ifadə edir. Bəzi bir və ya bir neçə müqavilə şərti barəsində isə o, ra-
zılaşmır və ixtilaf (fikir ayrılığı) haqqında protokol imzalayır. Akseptant müqavilənin layihəsini də imzalayır və
protokolla birlikdə oferentə göndərir. Bu hal müqavilənin bağlanmış sayılmasına dəlalət etmir. Tərəflərin
borcudur ki, onlar yaranmış ixtilafı nizama salsınlar. Məsələn, qanun müəyyən edirdi ki, sahibkarlıq müqaviləsi
hesab edilən mal göndərmə müqaviləsi bağlanarkən tərəflər ixtilafları tənzimləsinlər (MM-in qüvvədən düşmüş
628-ji maddəsi). Bununla belə, müqaviləni digər şərtlərlə bağlamağa razılıq vermək haqqında javab yeni oferta
hesab edilir.
Dostları ilə paylaş: |