§ 2. Alqı-satqı müqaviləsinin
elementləri (tərkib hissələri)
1. Alqı-satqı müqaviləsinin elementləri anlayışı
Alqı-satqı müqaviləsinin elementləri dedikdə, onun ibarət olduğu tərkib hissələri və ünsürləri başa düşülür.
Rusiya sivilistikasında ənənəvi olaraq müqavilənin elementləri anlayışına aid edilir: müqavilədə iştirak edən tə-
rəflər; müqavilənin predmeti; müqavilənin qiyməti; müqavilənin müddəti; müqavilənin forması; müqavilənin
məzmunu. Alqı-satqı müqaviləsinin elementləri də bunlardan ibarətdir.
Alqı-satqı müqaviləsinin tərəfləri dedikdə alqı-satqı münasibətlərində çıxış edən mülki hüquq subyektləri
başa düşülür. Müqavil_ənin_qiym_əti'>Müqavilənin predmeti dedikdə elə maddi nemətlər başa düşülür ki, bu nemətlər əsasında müqa-
vilədə iştirak edən tərəflərin hüquq və vəzifələri əmələ gəlir. Müqavilənin qiyməti dedikdə satılan əşyanın qiy-
məti başa düşülür. Müqavilənin müddəti müvafiq öhdəliyin icra vaxtını ifadə edir. Başqa sözlə desək, müqavi-
lədə iştirak edən tərəflərin öz vəzifələrini yerinə yetirmək vaxtı müqavilənin müddətini ifadə edir. Müqavilənin
forması dedikdə qanunun tərəflərin öz daxili iradəsini bildirmək üçün müəyyən etdiyi üsullar başa düşülür.
Dostları ilə paylaş: |