Dövlət və istehlakçı fiziki şəxslərin, yəni sahibkar statusu olmayan vətəndaşların françayzinq müqavilə-
sində tərəf kimi iştirakı istisna edilir.
2. Müqavilənin predmeti
Françayzinq müqaviləsinin predmeti, hər şeydən əvvəl, «işgüzar kompleksdən» ibarətdir. Onun bir hissəsini
isə qeyri-maddi əmlak hüquqları, yəni əqli mülkiyyət obyektlərindən istifadə hüquqları təşkil edir (MM-
in 724.1-ci maddəsi və 731.1-ci maddəsi). Müqavilənin predmetini təşkil edən əqli mülkiyyət obyektlərindən is-
tifadə hüquqları (müstəsna hüquqlar) kompleks xarakter daşıyır. Bu cür hüquqlara aiddir:
●
françayz verənin özünün fərdiləşdirmə vasitələrinə olan hüququ (firma adına, kommersiya işarəsinə
olan hüquq);
●
françayz verənin istehsal etdiyi malın və ya göstərdiyi xidmətin fərdiləşdirmə vasitələrinə olan hü-
quq (əmtəə nişanına və ya xidmət nişanına olan hüquq);
●
sənaye mülkiyyəti (patent hüququ) obyektlərindən, yəni ixtiralardan, sənaye nümunələri və faydalı mo-
Dostları ilə paylaş: |