köməklik də təşkil edə bilər (MM-in 723-cü maddəsi). Söhbət françayz verənin etdiyi texniki və məsləhət xa-
rakterli yardımdan gedir. Müqavilənin predmetini təşkil edən köməklik əhatə edir:
●
kommersiya təjrübəsinin verilməsini;
●
sahibkarlıq fəaliyyətinin təşkili üzrə təjrübəni;
●
müntəzəm olaraq məsləhət xidməti göstərmək;
●
məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını vermək;
●
satışa kömək üçün zəruri olan bütün informasiyanı vermək;
●
françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq.
Beləliklə, françayzinq müqaviləsinin predmeti kimi həm də biznesin təşkilinə edilən köməklik çıxış edə bi-
lər. Françayzinq qoşa biznesdir; o, biznes işinin başlıja metodudur.
Müqavilənin predmeti kimi çıxış edən kommersiya işarəsi haqqında xüsusi olaraq danışmaq lazımdır.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən konvensiyanın (14 iyul 1967-ci il, Stokholm) 2-ci maddəsi-
nin 8-ci bəndinə görə kommersiya işarələrinə olan hüquqlar əqli mülkiyyətə daxil edilir. Əqli mülkiyyət hüqu-
qunun obyektlərindən biri olan kommersiya işarəsinə bizim mülki qanunvericilik anlayış vermir. Lakin «Səna-
ye mülkiyyətinin qorunması haqqında» Paris konvensiyasının 6-cı maddəsinə uyğun olaraq bu anlayışın məna
və məzmununa aydınlıq gətirmək olar. Kommersiya işarəsi sahibkarın və ya onun fəaliyyətinin nəticəsinin
Dostları ilə paylaş: |