Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1689/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1685   1686   1687   1688   1689   1690   1691   1692   ...   1820
Françayzinq müqaviləsinin predmetini həm də kommersiya təjrübəsinin verilməsi təşkil edir ki, bunun 


 

526


barəsində də ayrıca danışmaq lazımdır. Hüquq ədəbiyyatında bu məsələyə də münasibət birmənalı deyil. Müəl-

liflər arasında eləsi vardır ki, kommersiya təjrübəsi və istehsal sirri (nou-hau) anlayışlarını eyniləşdirir. Şübhə-

siz, bu fikir həqiqətdən uzaqdır. Belə ki, istehsal sirri (nou-hau) qorunan kommersiya informasiyasıdır. Kom-

mersiya təjrübəsi dedikdə isə şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və kommersiya əməliyyatları-

nın aparılması zamanı əldə etdiyi bilik və vərdişlərin məjmusu başa düşülür. Françayzinq müqaviləsi çərçivə-

sində françayzerin kommersiya təjrübəsi françayzi tərəfindən istifadə oluna bilər. Belə halda kommersiya təjrü-

bəsindən istifadə hüququ françayzinq müqaviləsinin predmetinə daxil olur.  

Lakin işgüzar nüfuzdan istifadə hüququ françayzinq müqaviləsinin predmeti ola bilməz. Müəlliflərdən 

N.Q. Vilkova isə bunun əksi olan mövqedə duraraq göstərir ki, işgüzar nüfuzdan istifadə françayzinq müqavilə-

sinin predmeti ola bilər. Bu fikirlə çətin razılaşmaq olar. Məsələ burasındadır ki, işgüzar nüfuz şəxsi qeyri-mad-

di nemət, işgüzar nüfuz hüququ isə şəxsi qeyri-əmlak hüququdur.  şgüzar nüfuz hüququ özgəninkiləşdirilmir və 

başqa şəxsə istifadəyə verilmir. Bu hüquq müstəqil əmlak hüququ deyildir.  Lakin françayzerin işgüzar nüfuz 

hüququ françayzinq müqaviləsi əsasında françayzi tərəfindən istifadə oluna bilər. Belə ki, françayzerin bazarda 

rəqabət aparmaq qabiliyyəti onun işgüzar nüfuzunun keyfiyyəti və səviyyəsi ilə bağlıdır. Françayzerin işgüzar 

nüfuzu onun bazara çıxardığı məhsulların keyfiyyətindən asılıdır. Şübhəsiz, malların keyfiyyəti nə qədər yaxşı 

olarsa, françayzerin işgüzar nüfuzu da bir o qədər yüksək olur.  stehlakçılar həmişə sahibkar françayzerin işgü-

zar nüfuzunun keyfiyyətini nəzərə alırlar. Digər tərəfdən, françayzinq müqaviləsinin predmetinə daxil əqli mül-

kiyyət obyektlərindən (firma adlarından, əmtəə nişanlarından, kommersiya işarəsindən və s.) istifadə hüququ bu 

və ya digər dərəjədə işgüzar nüfuz hüququ ilə bağlı olur. Başqa sözlə desək, françayzerin işgüzar nüfuzu onun 

firma adı, əmtəə nişanı və digər fərdiləşdirmə vasitələri ilə əlaqədardır. Məhz françayzerin işgüzar nüfuzu onun 

öz fərdiləşdirmə vasitələri altında istehlakçılara təklif etdiyi malın yüksək keyfiyyətini və bazardakı mövqeyini 

müəyyənləşdirir. Şübhəsiz, françayzerin fərdiləşdirmə vasitələrindən istifadə edən zaman françayzi onun işgü-

zar nüfuzuna arxalanır.   




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1685   1686   1687   1688   1689   1690   1691   1692   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin