Microsoft Word mulki huquq doc


Müqavilənin predmeti onun mühüm



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1690/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1686   1687   1688   1689   1690   1691   1692   1693   ...   1820
    Bu səhifədəki naviqasiya:
  • Royalti
Müqavilənin predmeti onun mühüm şərtidir. 

3. Müqavilənin digər elementləri 

Müqavilənin elementlərindən olan müddət onun mühüm şərti hesab edilmir. Françayzinq müqaviləsinin 

müddəti MM-in 728-ci maddəsi ilə tənzimlənir. O, müqaviləni bağlayan tərəflərin razılığı ilə müəyyən edilir. 

Müddət təyin edilərkən malın və xidmətlərin satışı ilə bağlı tələbat nəzərə alınır. Bir qayda olaraq, müqavilə 

uzun müddətə bağlanır. Müddətli əqd olduğuna görə françayzinq müqaviləsi qeyri-müəyyən müddətə bağlana 

bilməz. Tərəflər françayzinq müqaviləsində müqavilənin müddətini dəqiq göstərməlidirlər (MM-in 727-ci mad-

dəsi). 

Françayzinq müqaviləsi müddətin bitməsi ilə ləğv edilir. Lakin müddətin başa çatması müqavilənin avto-

matik olaraq xitam edilməsini şərtləndirmir. Bunun üçün zəruridir ki, tərəflər müqavilənin ləğv edilməsi barədə 

öz niyyətlərini bildirsinlər. Əgər tərəflərdən heç biri müqaviləni ləğv etmək üçün bu hüquqdan istifadə etmirsə, 

müqavilə iki il müddətinə uzadılır (MM-in 728.2-ci maddəsi). Qeyd etdiyimiz bu qayda müddəti on ildən çox 

olan françayzinq müqaviləsinə aiddir. On ildən çox müddətə bağlanan françayzinq müqaviləsinin daha bir xü-

susiyyəti vardır. Belə ki, bu cür müqavilə xitam edilərkən qanun ləğv etmə üçün zəruri olan bir illik gözləmə 

müddəti müəyyən edir (MM-in 728.2-ci maddəsi). Yalnız bu müddəti gözləməklə tərəflər müqaviləni ləğv edə 

bilərlər. 

Müddət bitdikdən sonra françayzinq hüquq münasibətlərinə dərhal xitam verilmir, yəni müqavilə avtomatik 

olaraq pozulmur. Belə halda tərəflərin qarşılıqlı etimad prinsipi tətbiq edilir. Tərəflər bu prinsipə əməl etmə-

yə borcludurlar. Həmin prinsipə görə onlar müqavilənin müddətini işgüzar qarşılıqlı münasibətlərin faktik qur-

tardığı vaxtadək uzadırlar. Belə halda münasibətlərin faktik qurtardığı vaxtadək, yəni uzadılan müddət üçün tə-

rəflərin razılığı ilə müqavilə şərtləri əvvəlki kimi eyni qala və ya dəyişdirilə bilər. Müqavilənin mətnində tərəf-

lər müqavilənin müddətini və ya müddətin uzadılması şərtlərini dəqiq göstərməlidirlər (MM-in 727-ci maddə-

si). 


Françayzinq müqaviləsinin elementlərindən biri olan qiymət müqavilənin mühüm şərti hesab edilmir. Mü-

qavilənin  qiyməti  istifadəçi  müəssisənin,  yəni  françayz  alanın  françayz  verənə  verdiyi  haqqı  (ödənişi)  ifadə 

edir. Buna françayz haqqı deyilir. Ödənişin müxtəlif formaları tətbiq edilir: birdəfəlik ödəniş; vaxtaşırı (illik, 

aylıq,  rüblük  və  s.)  ödəniş;  satış  pulundan  faizlə  hesablanan  ayırmalar  formasında  ödəniş;  malın  topdansatış 

qiymətinə əlavə formasında ödəniş və s. 

Pauşal ödənişlə royalti ödənişin uyğunlaşdırılması forması nisbətən daha geniş yayılmışdır. Pauşal ödəniş 

birdəfəlik  (cəmlənmiş,  toplanmış)  ödənişdir.  Bu  ödəniş  müqavilə  bağlandıqdan  dərhal  sonra  həyata  keçirilir. 

Pauşal ödəniş françayzinqin yeni obyektlərinin yaradılması ilə bağlı françayz verənin çəkdiyi xərcin əvəzi kimi 

çıxış edir. O, həm də faktiki olaraq ilkin (başlanğıc) öyrətmə üçün françayz verənə ödənilən haqqı ifadə edir. 



 

527


Pauşal ödəniş əvəzinə ilkin ödənişdən də istifadə edilə bilər.  lkin ödəniş hissələrlə həyata keçirilir. Məsələn, 

müqavilə bağlananda 30%, öyrətmə başa çatdıqda 30%, birinci obyekt açılanda 30% və s. haqq verilir. Royalti 



ödəniş isə vaxtaşırı (hər şeydən əvvəl illik) ödənişdir. Bu ödəniş dövriyyə (mal və xidmətlərin fasiləsiz olaraq 

mübadilə edilməsi prosesi) məbləğindən müəyyən faiz hesabı ilə ayırmalarda ifadə edilir. Royalti çox vaxt fran-

çayz verən üçün əsas gəlir mənbəyi olur. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1686   1687   1688   1689   1690   1691   1692   1693   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin