dellərdən istifadəyə müstəsna hüquqlar.
Bununla bərabər, qeyd etmək lazımdır ki, əqli mülkiyyət hüququnun obyektlərindən olan fərdiləşdirmə vasi-
tələrinin (firma adı, kommersiya işarəsi və əmtəə nişanının), habelə sənaye mülkiyyəti obyektlərinin özü yox,
yalnız bu obyektlərdən istifadə hüquqları müqavilənin predmeti ola bilər.
Ə
qli mülkiyyət obyektlərindən istifadəyə olan hüquqların verilməsi qaydası iki cür hərəkəti əhatə edir: fakti-
ki mənada verməni; hüquqi mənada verməni. Faktiki vermə dedikdə françayz verən tərəfindən françayz alana
bütün texniki və kommersiya sənədlərinin, habelə obyektiv (obyektləşmiş) formada olan digər informasiyaların
verilməsi başa düşülür. Hüquqi vermə dedikdə isə əqli mülkiyyət obyektlərindən istifadə hüquqlarının veril-
məsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsi, lisenziya müqavilələrinin bağlanması
525
başa düşülür.
Françayzinq müqaviləsinin predmeti kimi istehsal sirrinə (nou-hau), ticarət sirrinə və digər kommersiya
Dostları ilə paylaş: |