§ 2. Podrat müqaviləsinin elementləri
1. Tərəflər
Podrat müqaviləsi üzrə münasibətlərdə iki tərəf iştirak edir:
●
podratçı;
●
sifarişçi.
Podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürən tərəfdir. Podrat müqaviləsinin bağlan-
masında podratçı kimi həm hüquqi şəxslər, həm də vətəndaşlar çıxış edə bilərlər.
Podratçı rolunda hüquqi şə
xsin çıxış etməsi onun mülki hüquq qabiliyyəti ilə şərtlənir. Belə ki, hüquq şəxs
müqavilə üzrə podratçı funksiyasını onun ümumi və ya xüsusi hüquq qabiliyyətinə malik olmasından asılı
olaraq icra edir. Kommersiya hüquqi şəxsləri ümumi (universal) mülki hüquq qabiliyyətinə malikdir. Ona görə
də onlar, qanunla qadağan edilməyən istənilən növ fəaliyyətlə, o cümlədən podrat işləri ilə məşğul ola bilərlər
(MM-in 44.2-ci maddəsi). Siyahısı qanunla müəyyən edilən ayrı-ayrı podrat işləri ilə hüquqi şəxslər yalnız li-
senziya (xüsusi icazə) əsasında məşğul ola bilərlər. Belə ki, podrat işlərinin ayrı-ayrı növləri xüsusi razılıq
Dostları ilə paylaş: |