Xüsusi (məhdud) mülki hüquq qabiliyyətli hüquqi şəxslərə gəldikdə isə onu demək olar ki, bu şəxslər
yalnız təsis sənədində (nizamnamə və ya əsasnaməsində) nəzərdə tutulan podrat işini yerinə yetirirlər. Təsis sə-
nədində nəzərdə tutulmayan qalan digər podrat işlərini onların həyata keçirməsinə ixtiyarı çatmır. Söhbət hər
ş
eydən əvvəl, qeyri-kommersiya hüquqi şəxslərindən gedir. Lakin bu, o demək deyildir ki, qeyri-kommersiya
hüquqi şəxsləri podrat işləri ilə məşğul ola bilməzlər. Podrat işlərinin görülməsi həmin təşkilatların qarşısına
qoyduğu məqsədə nail olmağa xidmət edərsə və bu məqsədə zidd olmazsa, onlar sahibkarlıq fəaliyyətinin bir
növü kimi podrat işlərini görə bilərlər (MM-in 43.6-cı maddəsi).
Dostları ilə paylaş: |