§ 1. Tapşırıq müqaviləsinin anlayışı,
xüsusiyyətləri, əsas cəhətləri və elementləri
1. Tapşırıq müqaviləsi və xidmət göstərilməsi
üzrə öhdəliklər
Öhdəliyin ən geniş yayılmış növü müqavilə öhdəliyidir. Müqavilə öhdəliyi özü müxtəlif tiplərə bölünür:
ə
mlakın mülkiyyətə verilməsi üzrə öhdəlik (alqı-satqı, dəyişmə, bağışlama və renta öhdəlikləri); əmlakın istifa-
dəyə verilməsi üzrə öhdəlik (əmlak kirayəsi, icarə, lizinq və əvəzsiz istifadə öhdəlikləri); iş görülməsi üzrə öh-
dəlik (podrat öhdəliyi) və s.
Müqavilə öhdəliyinin tiplərindən biri xidmət göstərilməsi üzrə öhdəlik hesab olunur. Bu cür öhdəliklərə
aiddir: daşıma; saxlama (saxlanj); sığorta; komissiya; bank əmanəti; bank hesabı və s. öhdəliklər. Xidmət göstə-
rilməsi üzrə öhdəliyin bir növü tapşırıq öhdəliyidir.
Mülki hüquqda xidmət göstərilməsi üzrə müqavilə öhdəlikləri xidmət göstərənin həyata keçirdiyi
Dostları ilə paylaş: |