fəaliyyətin xarakterindən asılı olaraq müəyyən növlərə ayrılır:
●
faktiki xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (daşıma öhdəliyi, broker öhdəliyi; saxlama öhdəliyi);
●
hüquqi xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (komissiya öhdəliyi);
●
həm faktiki, həm də hüquqi xarakterli öhdəlik (tapşırıq, nəqliyyat-ekspedisiya, konsessiya və tijarət
agenti öhdəlikləri);
●
pul-kredit xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (bank hesabı, bank əmanəti və sığorta öhdəliklə-
ri).
Yeni MM xidmət göstərilməsi üzrə müqavilə öhdəliklərini xüsusi qrup halında birləşdirməyərək sistemləş-
dirmir. Bu halı onun qüsurlu cəhətlərindən biri hesab etmək olar. Bununla belə, artıq çoxdan bəridir ki, mülki
hüquq elmində öhdəliklərin təsnifi aparılır. Bu təsnifə əsasən müqavilə öhdəliklərindən xidmət göstərilməsi üz-
rə öhdəliklər xüsusi qrup halında ayrılır. Xidmət öhdəlikləri içərisində bəzi öhdəliklər özlərinin hüquqi təbiətinə
görə fərqləndirilir. Bunlar vasitəçilik xidməti göstərilməsi üzrə öhdəliklər adlanır. Bu cür öhdəliklərə aiddir:
●
tapşırıq öhdəliyi;
●
broker öhdəliyi;
●
ticarət agenti (nümayəndəsi) öhdəliyi;
●
konsessiya öhdəliyi;
●
komissiya öhdəliyi;
●
nəqliyyat-ekspedisiya öhdəliyi.
Vasitəçilik xidməti üzrə öhdəliklər içərisindən ticarət vasitəçiliyi adlı xüsusi öhdəliklər qrupu ayrılır: tica-
541
rət agenti öhdəliyi; konsessiya öhdəliyi; komissiya öhdəliyi; broker öhdəliyi. Ticarət vasitəçiliyi öhdəliklərin-
dən yalnız ikisi ticarət nümayəndəliyi yaradır: ticarət agenti öhdəliyi; komissiya öhdəliyi.
Dostları ilə paylaş: |