2. Tapşırıq müqaviləsinin anlayışı və hüquqi təbiəti
Tapşırıq müqaviləsinin «yaşı» çox qədim dövrlərə gedib çıxır. Bu müqavilə «mandatum» (tapşırıq) adı ilə
hələ neçə-neçə yüz il bundan əvvəl Roma hüququna məlum idi. Roma hüququ tapşırıq müqaviləsinə bir şəxsin
(etibar edənin) hər hansı hərəkətin pulsuz yerinə yetirilməsini digər şəxsə (etibar edilənə) tapşırması, etibar edi-
lənin isə bunu öz üzərinə götürməsi kimi anlayış verirdi.
Tapşırıq müqaviləsi bir çox sivil və qabaqcıl dövlətlərin (məsələn, taliyanın, Almaniyanın, Avstriyanın,
Fransanın və s.) qanunvericiliyində nəzərdə tutulmuşdur. Məsələn, Almaniya Mülki Qanunnaməsi tapşırıq mü-
qaviləsinə etibar edilənin etibar edən tərəfindən ona tapşırılmış işi əvəzsiz ijra etməyi öhdəsinə götürməsi kimi
anlayış verir (§ 662). Qeyd etmək lazımdır ki, tapşırıq müqaviləsi yalnız kontinental Avropa ölkələrinin hüqu-
quna məlumdur.
Azərbaycan Respublikası MM-in 777.1-ji maddəsi tapşırıq müqaviləsinin leqal anlayışını formulə edir. Tap-
ş
Dostları ilə paylaş: |