yəndəlik institutuna şamil edilən normalarla birlikdə tətbiq edilə bilər (MM-in 26-cı fəsli). Başqa sözlə, tapşırıq
müqaviləsinə nümayəndəlik haqqında ümumi qaydaların şamil olunması mümkündür.
543
Tapşırıq müqaviləsinin
ikinci ə
sas xüsusiyyə
ti ondan ibarətdir ki, bir az qabaqda göstərdiyimiz kimi, bu
müqavilə əsasında mülki nümayəndəlik münasibətlərindən savayı, həm də öhdəlik hüquq münasibətləri
ə
mələ gəlir. Bu müqavilə hüquqi və faktiki xidmətlərin göstərilməsi üzrə öhdəliyin yaranmasını şərtləndirir. Bu
onu ifadə edir ki, bu cür öhdəlik hüquq münasibətlərində obyekt kimi həm faktiki xarakterli, həm də hüquqi xa-
rakterli hərəkətlər çıxış edə bilər. Vəkalət alan ona tapşırılan əqdləri, işləri və ya digər xidmətləri icra edir
(MM-in 777.1-ci maddəsi). Söhbət burada hüquqi xarakterli əqdlərdən, faktiki hərəkətin növü olan işlərdən və
xidmətlərdən gedir.
Tapşırıq müqaviləsinin üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu müqavilədə tərəf rolunda çıxış edən vəka-
lət alanın fəaliyyəti qeyri-maddi xarakterli vasitəçilik funksiyasının yerinə yetirilməsinə yönəlir. Vəkalət
alan həm də nəzərdə tutulan müsbət nəticəyə nail olunmasına qarantiya və zəmanət vermir. O, tapşırığı konkret
nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (MM-in 777.1-ci maddəsi).
Tapşırıq müqaviləsinin dördüncü xüsusiyyəti ondan ibarətdir ki, o, fidusiar xarakterli müqavilə növünə
ş
amil edilir (latınja «fides» - etibar). Bu müqavilə onu bağlayan vətəndaşların bir-birinə qarşılıqlı etimad gös-
tə
rmə
lə
rinə
, etibar etmə
lə
rinə
ə
saslanır və
şə
xsi xarakter daş
ıyır. Belə ki, vəkalət verənlə vəkalət alan ara-
sında qarşılıqlı münasibətlərə şəxsi etibar elementi xasdır. Ona görə də bu münasibətlərin şəxsi-etimad xarakte-
rinin itirilməsi tərəflərin hər ikisinə ixtiyar verir ki, onlar heç bir dəlil-səbəb və arqument gətirmədən müqa-
viləni pozsunlar. Belə ki, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər
(MM-in 786.1-ci maddəsi). Qeyd etməliyik ki, etimad (etibar) hər bir əqdin vacib və zəruri elementi sayılır. La-
kin elə əqdlər vardır ki, həmin əqdlərin mahiyyəti onların iştirakçılarının bir-birinə qarşılıqlı etibar etmələrindən
ibarətdir; bu səbəbdən onlar fidusiar əqdlər adlanır; tapşırıq müqaviləsi məhz belə əqdlərdən biridir.
Dostları ilə paylaş: