4. Tapşırıq müqaviləsinin xüsusiyyətləri
Tapşırıq müqaviləsinin ən birinji xüsusiyyəti ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz kimi, bu müqavilə
ə
sasında gizli mülki nümayəndəlik münasibətləri əmələ gəlir. Bu müqaviləni nümayəndəliyin klassik forması
saymaq olmaz. Belə ki, tapşırıq müqaviləsində tərəf kimi iştirak edən vəkalət alan (nümayəndə) həmişə vəkalət
verənin (təmsil olunanın) adından yox, ancaq öz adından, lakin onun hesabına, onun mənafeyi üçün çıxış
edir. Bununla vəkalət verən üçün mülki hüquq və vəzifələr yaranır, dəyişir və ya xitam olunur. Belə ki, vəkalət
alan üçüncü şəxslərlə əqdləri vəkalət verənin adından yox, öz adından bağlayır. Belə halda vəkalət alan bağlan-
mış əqd üzrə qarşı tərəfə (kontragentə) çevrilir. O, üçüncü şəxslər qarşısında kreditor (və ya borclu) kimi çıxış
edir. Bağlanmış əqdlər əsasında əldə edilmiş hüquq və vəzifələr şəxsən vəkalət alana məxsus olur, yəni əqdin
bağlanmasından yaranan hüquqi nəticə ona məxsus olur. Tapşırıq müqaviləsi icra olunduqdan sonra o, əqd üzrə
ə
ldə etdikləri hüquqların hamısını vəkalət verənə verir. Beləliklə, vəkalət alan vəkalət verənin gizli (dolayı)
Dostları ilə paylaş: |